Veysəl Xəlilov (1900–1962) — sovet dövründə Azərbaycanın bir sıra rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışmış şəxs. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri general-leytenant Əsgər Xəlilovun babasıdır.

Veysəl Xəlilov
Xəlilov Veysəl Əsgər oğlu
Veysəl Xəlilov
Doğum tarixi 1900(1900-00-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 may 1962 (62 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Rasim, Rəna, Elza, Sabir, Həcər
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Təhsili Respublika hüquq məktəbi (1949–1952)
Mükafatları Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni

Haqqında məlumatlarRedaktə

1900-cü ildə Nuxada (indiki Şəki) kasıb bir ailədə anadan olub.

Əmək və fəaliyyətiRedaktə

16 yaşından Nuxadakı ipək fabriklərində fəhlə işləyib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət milis orqanında çalışıb.

1922 – 1924-cü illərdə orduda xidmət edib.

1924-cü ildən Nuxada milis orqanında yenidən xidmətə başlayıb. Sonra müxtəlif illərdə Azərbaycanın bir sıra rayonlarında, o cümlədən, Göyçay, Şamaxı, Ağdaş, Vartaşen (indiki Oğuz) rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışıb, daha sonra Daxili İşlər Nazirliyi sistemindən istefaya çıxıb.

İctimai-siyasi aktivliyiRedaktə

1938-ci ildən Kommunist partiyasının üzvü olub.

TəhsiliRedaktə

1952-ci ildə 3 illik Respublika hüquq məktəbini bitirib.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

23 may 1962-ci il tarixdə – 62 yaşında, Nuxada vəfat edib. Vəfatı münasibəti ilə 24 may 1962-ci il tarixli “Lenin bayrağı” qəzetində yoldaşlarından bir qrupu adından nekroloq dərc olunub. Nekroloqla yanaşı, eyni səhifədə Nuxa birləşmiş xəstəxanasının işçilərindən bir qrupu həmin xəstəxanada həkim işləyən Ş.Xəlilovaya əmisinin, Nuxa şəhər 7 nömrəli məktəbinin onuncu sinif şagirdləri isə sinif yoldaşları Həcər Xəlilovaya atasının vəfatı münasibəti ilə başsağlığı veriblər.

ƏdəbiyyatRedaktə

  1. VEYSƏL ƏSGƏR oğlu XƏLİLOV = ВЕЈСӘЛ ӘСҜӘР оғлу ХӘЛИЛОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1962. — В. 23 may. — № 10. — Səh. 4.