Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Vilayət Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 48: Sətir 48:
 
1950-ci ildə Daşbulaq kənd məktəbini,
 
1950-ci ildə Daşbulaq kənd məktəbini,
  
1955-ci ildə Şəki Pedaqoji məktəbini
+
1955-ci ildə [[Nuxa Pedaqoji Texnikumu|Nuxa Pedaqoji Texnikumunu]],
  
 
1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
 
1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
  
1962 – 1965-ci illərdə Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda aspirant təhsili alıb (Daşkənd).
+
1962 – 1965-ci illərdə Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda (Daşkənd) aspirant təhsili alıb.
  
 
===Əmək fəaliyyəti===
 
===Əmək fəaliyyəti===

22:45, 22 avqust 2020 versiyası

Vilayət Əliyev
Əliyev Vilayət Hüseyn oğlu
Vilayət Əliyev
Vilayət Əliyev. 2018-ci il
Doğum tarixi 23 avqust 1938 (1938-08-23) (85 yaş)
Doğum yeri Daşbulaq, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, rektorunun müşaviri
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

Nuxa Pedaqoji Texnikumu (–1955)

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1962)

Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda aspirant təhsili alıb (1962 – 1965, Daşkənd)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

Vilayət Əliyev – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar

23 avqust 1938-ci il tarixdə Nuxa rayonunun Daşbulaq kəndində anadan olub.

Təhsili

1950-ci ildə Daşbulaq kənd məktəbini,

1955-ci ildə Nuxa Pedaqoji Texnikumunu,

1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

1962 – 1965-ci illərdə Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda (Daşkənd) aspirant təhsili alıb.

Əmək fəaliyyəti

1955 – 1958-ci illərdə Salyan rayonunun Noxudlu kənd məktəbində müəllim,

1958 – 1962-ci illərdə Bakı şəhər 99, 69, 182 №-li orta məktəblərdə dil-ədəbiyyat müəllimi,

1962 – 1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi,

1967 – 1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent,

1971-ci ildə Yeravan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent,

1972 – 1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent vəzifəsində işləyib.

1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,

1997 – 2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru,

2016-cı ildən isə rektorun müşaviri olub.

Elmi fəaliyyəti

1965-ci ildə Daşkənd şəhərində “Azərbaycan və Özbək dillərində feli sifət” adlı mövzuda namizədlik dissertasiyası,

1990-cı ildə “Azərbaycan dilində felin təsriflənməyən formaları” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

1992-ci ildə professor elmi adını alıb.

Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib.

Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyinin özbəkcədən tərcümə edib.

8 elmlər namizədinin elmi rəhbəri olub.

AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədridir.

Kitabları

  1. Müasir Azərbaycan dili (Feil bölməsi), II hissə, Akademik nəşr, Bakı, 1980, s.190-196, 236-387.
  2. Azərbaycan dilində feilin təsriflənməyən formaları, Məsdər (dərs vəsaiti), Bakı, APİ, 1986.
  3. Azərbaycan dilində feilin perifrastik formaları (dərs vəsaiti), Bakı, ADPU, 1989.
  4. Azərbaycan dilində feili sifət ( dərs vəsaiti), Bakı, ADPU, 1989.
  5. Feili bağlama (dərs vəsaiti), Bakı, ADPU, 1990.
  6. Toponimika, I hissə (dərslik), Bakı, ADPU, 1994.
  7. Azərbaycanın toponimiyası (dərslik), Bakı, ADPU, 1999.
  8. Heydər Əliyevin dil siyasəti, Bakı, 2003.
  9. Zəngəzurda qalan izimiz (Monoqrafiya), Bakı, 2004.

Təltif və mükafatları

Ailəsi

Evlidir. İki övladı və beş nəvəsi var.

İstifadə edilmiş əsas mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Əliyev Vilayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 133 – 134. — 1.000 nüsx..
  • "Əliyev Vilayət Hüseyn oğlu". adpu.edu.az (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetini. 22 Aug 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə