Xalid Hacıyev

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:20, 4 iyun 2020 tarixli dəyişiklik

Xalid Hacıyev (Hacıyev Xalid Məmmədsaleh oğlu; d.  7 noyabr 1934-cü il, Nuxa, Nuxa rayonu, Azərbabaycan SSR, ZSFSR, SSRİ) − azərbaycanlı tikinti mütəxəssisi, uzun müddət tikinti sahəsi üzrə institutlarda işləmiş, məsul vəzifələr tutmuş, həmçinin Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Dümayyəndiliyində baş referent (1982 – 1985) olmuşdur.

Xalid Hacıyev
Hacıyev Xalid Məmmədsaleh oğlu
Xalid Hacıyev
Xalid Hacıyev, 2012-ci il
Doğum tarixi 7 noyabr 1934 (1934-11-07) (89 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Səbinə Hacıyeva
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Moskva Nəqliyyat Mühəndisləri İnstitutu (1953 – 1958)

Haqqında məlumatlar

1934-cü ildə Nuxada anadan olub.

1953 – 1958-ci illərdə Moskva Nəqliyyat Mühəndisləri İnstitutu, dəmiryol istismarı üzrə mühəndis ixtisası üzrə təhsil alıb.

İşlədiyi illər, iş yerləri və vəzifəsi

1958 – 1972 — “Azdövlətsənayelayihə” Dövlət Layihə İnstitunda mühəndis, baş mühəndis, qrup rəhbəri, tikinti şöbəsinin rəis müavini (1965-ci ildən) və 2 saylı memar-inşaat şöbəsinin rəisi (1969-cu ildən);

1972 – 1973 — Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sənaye tikinti şöbəsinin rəisi;

1973 – 1975 — “Azdövlətlayihə” Dövlət Layihə İnstitunda baş mühəndis;

1975 – 1982 — “İttfaqyollayihə” Dövlət Layihə İnstitunun Bakı filialının müdiri;

1982 – 1985 — Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Dümayyəndiliyində baş referent;

1985 – 1985 — “Bakışəhərlayihə” Layihə İnstitutunda baş mühəndisin müavini;

1985 – 1992 — “Azəraqrolayihə” Layihə İnstitutunun müdiri;

1992 – 1996 — “Azəraqrartikinti” ATSC-də baş mütəxəssis;

1996 – 2002 — “Aqrarlayihə” MMC Bakı filialının rəisi;

2002 – 2004 — “Azəraqrartikinti” ATSC-nin TMHLSSE şöbəsinin baş mütəxəssisi;

2004 – 2018 — “Azəraqrartikinti” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri.