Xaqani Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi. Vətən müharibəsi iştirakçısıdır.

Xaqani Məmmədov
Məmmədov Xaqani Nizami oğlu
Xaqani Məmmədov
Xaqani Məmmədov.
Doğum tarixi 18 yanvar 1981 (1981-01-18) (43 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • İşıqlar Hərbi Məktəbi (türk.: Işıklar Askeri lisesi) (Bursa, Türkiyə) (1995–1999)

 • Quru Qoşunları Hərbi Məktəbi (türk.: Kara Harp Okulu) (Ankara, Türkiyə), topçu ixtisası (1999–2004)
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 2020"Zəngilanın azad olunmasına görə" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2021

Haqqında məlumatlar

18 yanvar 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1987 – 1995-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində,

1995 – 1999-cu illərdə İşıqlar Hərbi Məktəbində (türk.: Işıklar Askeri lisesi) (Bursa, Türkiyə)

1999 – 2004-cü illərdə Quru Qoşunları Hərbi Məktəbində (türk.: Kara Harp Okulu) (Ankara, Türkiyə) təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti

2004 – 2005-ci illərdə Ankaranın (Türkiyə) Polatlı qəsəbəsindəki hərbi hissədə bir il baş leytenant olaraq xidmət edib.

2005-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq ön cəbhədə xidmət etməyə başlayıb.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən mayor rütbəsində olub və müharibədə iştirakçına görə 3 medalla təltif edilib.

2020-ci ildən sonra Heydər Əliyev adına Hərbi İnstitutda hərbi-pedaqoji fəaliyyətlə məşğuldur.

Təltif və mükafatları

Ailəsi

Ailəlidir, 2 oğlu var.

İstinadlar

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 09.03.2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 30.08.2022.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 17.01.2024] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 30 dekabr. — Müraciət tarixi: 17.01.2024.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (24 İYUN 2021). Arxivləşdirilib (27 iyun 2021).