Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Yusif Abdurrahmanov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:00, 18 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Abdurrahmanov
Abdurrahmanov Yusif Əhməd oğlu
Doğum tarixi 1937(1937-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi (1955 – 1959)

Yusif Abdurrahmanov – sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş şəxs; o cümlədən, 1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru, həmçinin, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olmuşdur.

Haqqında məlumatlar

1937-ci ildə Nuxada, qulluqçu ailəsində anadan olub.

Təhsili

1954-cü ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1955 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1959-cu ildə təyinatla V.İ.Lenin adına Nuxa ipək kombinatında işləməyə göndərilib.

Daha sonra Nuxadakı sənaye kombinatında işləyib.

1964 – 1971-ci illərdə Nuxa/Şəki elektrik şəbəkəsi idarəsində plan-iqtisad şöbəsinin rəisi,

1971 – 1972-ci illərdə Şəki rayon plan komissiyasının sədri,

1972-ci ildən Şəki şəhər Partiya Komitəsində sənaye-nəqliyyat şöbəsinin müdiri,

1976 – 1978-ci illərdə Şəki şəhərindəki tikiş fabrikinin direktoru,

1978 – 1982-ci illərdə Şəkidəki tütün fermentasiya zavodunun direktoru,

1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru olub.

Ədəbiyyat

  1. Məlumat (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1982. —25 fevral  c. — № 5 – 6 (1389). — Səh. 4.

Şablon:Yaxşı məqalə