Yusif Səfərov

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Y{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlərKateqoriya:Şəkidən...' ilə yarat) tərəfindən edilmiş 23:04, 29 noyabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Yusif Səfərov
Səfərov Yusif Həbibulla oğlu
Yusif Səfərov
Yusif Səfərov
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri namizədi
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsində (1939 – 1941; 1947 – 1951)

M.V.Lomonosov adına Moskva Dövlət Unuversiteti, aspirantura ( – 1954)
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"Qırmızı Ulduz" ordeni"Varşavanın azad edilməsinə görə" medalı"Qırmızı Bayraq" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeni I dərəcəli "Vətən Müharibəsi" ordeni"Tərəqqi" medalı

Haqqında məlumatlar

1921-ci ildə Nuxada anadan olub.

Təhsili

1939 – 1941 və 1947 – 1951-ci illərdi S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Unuversitetinin aspiranturasını bitirib

Əmək fəaliyyəti

1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində çalışmış, əvvəl tarix fakültəsinin dosenti, sonra SSRİ tarixi kafedrasının müdiri, daha sonra mən­bəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulları kafedrasının professoru olub.

Elmi fəaliyyəti

1954-cü ildə tarix namizədlik dissertasiyasını müdafiə edib.

Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin, 100-dən çox elmi monoqrafiya, məqalələ, metodik vəsait, dərs vəsaiti və proqramların müəllifidir.

Elmi-ictimai fəaliyyəti

Uzun müddət Azərbaycan SSR Elmlər Akademiyasının Terminologiya ko­missiyasının üzvü olub.

Digər

1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq faşist Almaniyasına qarşı vuruşan Qızıl Ordu sıralarına getmiş və 1947-ci ilə qədər ordu sıralarında olmuşdur. Onun Qafqazdan başlanan döyüş yolu 1945-ci ildə Berlinin alınması uğrunda döyüşlərlə başa çatmışdır. 1947-ci ildə Sovet ordusu sıralarından müharibə əlili kimi təxris olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Səfərov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 348 – 354. — 600 nüsx. — ISBN 5-8066-1708-4..
  • "SƏFƏROV YUSİF HƏBİBULLA OĞLU (1921-2002) Tarixçi". http://history.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 18 Jun 2017 – 11 Apr 2020 tarixində arxivləşdirilib.