Zabil Məmmədov — tanınmış musiqiçi-vokalist, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin dirijoru.

Zabil Məmmədov
Məmmədov Zabil İslam oğlu
Zabil Məmmədov
Zabil Məmmədov.
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1959 (1959-06-04) (64 yaş)
Doğum yeri İmirli (indiki Əmirli) kəndi, Bərdə rayonu
Təhsili Şəki Orta ixtisas Musiqi Texnikumu, muğam şöbəsi (1983–1987)

Haqqında məlumatlar

4 iyun 1959-cu il tarixdə Bərdə rayonunun İmirli (indiki Əmirli) kəndində anadan olub.

Təhsili

1983 – 1987-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1987-ci ildən Şəki Rayon Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin 2 №-li avto (səyyar) klubunda müdir,

1995-ci ildən isə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin “Səbuhi” ansamblında xanəndə vəzifəsində çalışıb.

2010-cu ilin may ayından M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin dirijorudur.