Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Zaur Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Zaur Əhmədov (Müzakirə | töhfələr) (Zaur Əhmədov (Əhmədov Zaur Oktay o.; d. 26 avqust 1989 Azərbaycan SSRİ, SSRİ) - rəssam və keramist.) tərəfindən edilmiş 00:39, 30 may 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Həyatı

Əhmədov Zaur Oktay oğlu 1989-cu il avqust ayının 26-ı Şəki şəhərində anadan olmuş və Şəki şəhər 17 saylı orta məktəbdə oxumuşdur. Paralel olaraq 2000-2005-ci illərdə Şəki Uşaq İncəsənət Məktəbinin Rəssamlıq şöbəsində təhsil almışdır. O, 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmuş və 2011-ci ildə bakalavriat dərəcəsini əldə etmişdir. Məzun olduqdan sonrakı iki il ərzində Zaur zərgərlik fəaliyyəti ilə məşğul olmuş, bu istiqamətdə lazımi peşə qabiliyyətinə yiyələnmişdir. Daha sonra öz axtarışlarını doğulub-böyüyüdüyü Şəkidə davam etdirən sənətkar bir neçə il ərzində rayonun təbiəti, arxitekturası və tarixi haqqında müşahidələr aparmaqla keçirmiş, daş üzərində müxtəlif peyzajların təsviri üzərində ixtisaslaşmışdır. 2015-ci ildə Şəki Dövlət Rəsm Qalereyasında Bərpaçı-Rəssam kimi əmək faliyyətinə başlamışdır. 2017-ci ildə həmin qurumdan ayrılan rəssam Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində baş təlimçi vəzifəsinə təyin olunmuşdur. Hazırda adı çəkilən mərkəzdə keramik rəssam kimi fəaliyyətini davam etdirməkdədir. Zaur Əhmədov həm də Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe&Emalatxana konseptinin Asim Abbasovla birgə həmtəsisçisidir. Rəssam həm də divar və pəncərə üzərində daxili/xarici dizayn işləri ilə məşğul olur. Bununla yanaşı fərdi şəkildə ABAD brendi altında suvenir istehsalatı ilə məşğuldur. Zaur Əhmədov yaradıcılıq fəaliyyəti boyunca ölkə daxilində müxtəlif sərgilər və festivallarda iştirak etmişdir.