Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahnaz Qəhrəmanova

Şəki Ensiklopediyası səhifəsi
(Şahnaz Qəhrəmaova səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Şahnaz Qəhrəmanova
Qəhrəmanova Şahnaz İsmayıl qızı
Şahnaz Qəhrəmanova
Şahnaz Qəhrəmanova.
Doğum tarixi 27 mart 1972 (1972-03-27) (52 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (böyük elmi işçi)
Elmi dərəcəsi kimya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti (1992–1997)

Şahnaz Qəhrəmanova — kimya üzrə fəlsəfə doktoru, dosent, AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 mart 1972-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1979 – 1989-cu illərdə Baş Göynük kənd orta məktəbində,

1992 – 1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2017-ci ildə kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2020-ci ildə dosent elmi adını alıb.

Çapdan çıxmış 70 elmi əsərin (50-si xarici ölkədə və 10-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla), bir patentin və bir monoqrafiyanın müəllifidir.

“Katalizator-substrat qeyri kovalent qarsılıqlı təsiri hesabına C-C1, C-H və C=O rabitələrinin funksionallaşdırılmasının tədqiqi” adlı doktorluq dissertasiyasının üzərində işləyir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1997 – 2005-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük laborant vəzifəsində işləyib.

2005 – 2009-cu illərdə AMEA Kimya Problemləri İnstitutunda kiçik elmi işçi,

2009 – 2017-ci illərdə elmi işçi vəzifəsində çalışıb.

2017-ci ildən AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

2018 – 2021-ci illərdə Bakı Dövlət Universitetində,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyib.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. "Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları/Qəhrəmanova Şahnaz İsmayıl qızı". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Jun 2021 tarixində arxivləşdirilib.