Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Çarabad

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Çarabad (rus.: Царь-Абад) — ipəkçiliyin inkişaf etdirilməsi məqsədi ilə 1841-ci ildə Nuxa şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdığı ipəkçilər məhəllələsi. Digər məlumata əsasən, Azərbaycan ərazisində ilk olaraq 1829-cu ildə Nuxada fəaliyyətə başlamış baramaaçan fabrik (manufaktura) "Çarabad fabriki" adlanmışdır[1].

Çarabadda ancaq ruslar yaşayırdılar. İpəkçilik cəmiyyətinin bütün binaları, idarələri burada cəmləşmişdi. Bir qədər vaxtdan sоnra məhəllədə Çarabad ipəkçilik məktəbinin əsası qоyuldu[2]. Bu məktəb 1863-cü ilə qədər Çarabad koloniyası nəzdində fəaliyyət göstərmişdi[3].

Çarabad tut plantasiyası 802X158 sajen ölçülü sahəni (13 887 kv sajen) əhatə edirdi və burada 40 000 tut ağacı vardı.

İstinadlar