Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Çimnaz Mustafayeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Çimnaz Mustafayeva
Mustafayeva Çimnaz Sultan qızı
Çimnaz Mustafayeva
Çimnaz Mustafayeva.
Doğum tarixi 20 avqust 1946 (1946-08-20) (77 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Məmmədov Qüdrət Nurəhməd oğlu
Uşaqları Xəyal və Zaur Məmmədovlər, Vəfa Mikayılzadə
Atası Mustafayev Sultan Mustafa oğlu
Anası Baxşiyeva Nazxanım Zahid qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1965–1969)
Fəaliyyəti pedaqoq
Fəaliyyət illəri 1969–2018

Çimnaz Mustafayeva — tanınmış pedaqoq və təhsil işçisi. Müxtəlif illərdə Şəki rayonundakı və Şəki şəhərindəki təhsil müəssisələrində, həmçinin şəhər təhsil şöbəsində işləmişdir. 2018-ci ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

20 avqust 1946-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

Təhsili

1953 – 1964-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,

1965 – 1969-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1969 – 1972-ci illərdə baş Baş Zəyzid kənd orta məktəbində sinif müəllimi,

1972 – 1985 illərdə, müxtəlif vaxtlarda, Şəki şəhər 14 №-li, 7 №-li, 9 №-li orta məktəblərində və Şəki Pedaqoji Texnikumunda müəllim,

1985 – 2016-ci illərdə Şəki təhsil şöbəsində inspektor-metodist vəzifəsində çalışıb.

1990-cı illərdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında,

2000 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında,

2015 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında pedaqogika və psixologiya fənnindən dərs deyib.

Filmoqrafiya

Çimnaz Mustafayeva, mərkəzdə, “Arşın mal alan” bədii filmi (1965).

1965-ci ildə – tələbə olarkən, “Arşın mal alan” bədii filmində kütləvi səhnədə çəkilib.