Ülvi Həsənli
Ülvi Həsənli | |
---|---|
Həsənli Ülvi Namiq oğlu | |
Ülvi Həsənli. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1990 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
|
|
Musiqi alətləri | skripka, alt (viola) ifaçısı |
Təhsili |
• Bakı Musiqi Akademiyası, ifaçılıq fakültəsi, bakalavriat (2007–2011) • Bergen Universiteti (Norveç), ifaçılıq fakültəsi, magistratura (2012–2014) • Stavanger Universiteti (Norveç), ifaçılıq fakültəsi, aspirantura (2014–2015) • Stavanger Universiteti (Norveç), alt (viola) ixtisası, magistratura (2017–2020) • Stavanger Universiteti (Norveç), alt (viola) ixtisası, aspirantura (2020– 2021) |
facebook səhifəsi |
Ülvi Həsənli — tanınmış azərbaycanlı musiqiçi və musiqiçi-pedaqoq, skripka və alt (viola) ifaçısı. Almaniya, İtaliya, İspaniya, Danimarka, Finlandiya, İsveç, Latviya, Estoniya və s. Avropa ölkələrində bir sıra masterklass və orkestr proyektlərində iştirak edib. 2014-cü ildən Norveçin Stavanger şəhərində yaşayır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 aprel 1990-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1997 – 2005 və 2006 – 2007-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli orta məktəbində,
2005 – 2006 illərdə isə “Wagner High School”da (San Antonio şəhəri, Texas ştatı, ABŞ) orta təhsili alıb.
Musiqi təhsili[redaktə | HTML redaktə]
Skripka ixtisası üzrə
2000 – 2005-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinində ilkin,
2007 – 2011-ci illərdə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsində bakalavr,
2012 – 2014-cü illərdə Bergen Universitetinin (Norveç) ifaçılıq fakültəsində magistr,
2014 – 2015-ci illərdə Stavanger Universitetində (Norveç) aspirantura təhsili alıb.
2015 – 2021-ci illərdə Stavanger Universitetində təhsilini davam etdirib; o cümlədən,
2015 – 2016-cı illərdə praktika və pedaqoji musiqi nəzəriyyəsi üzrə,
2016 – 2017-ci illərdə kamera musiqisi və alternativ ixtisas alt (viola) aləti üzrə ixtisasartırma kursu keçib,
2017 – 2020-ci illərdə alt (viola) ixtisası üzrə magistr,
2020 – 2021-ci illərdə isə aspirantura təhsili alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2007 – 2009 illərdə Azərbaycan Dövlət Akademik Musiqi Teatrında orkestr artisti,
2009 – 2012 illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr ifaçısı olaraq çalışıb.
2014-cü ildən Norveçin Stavanger şəhərində musiqiçi və müəllim olaraq əmək fəaliyyəti ilə məşğuldur.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- 2005 – 2006 illərdə orta təhsilini ABŞ-da davam etdirdiyi müddət ərzində Texas Gənc Musiqi İfaçıları müsabiqəsində San Antonio şəhəri üzrə birinci, Texas ştatı üzrə isə ikinci yeri tutub.
- 2007-ci ildə Bakıda keçirilən skripkaçılar arasında müsabiqənin laureatı olub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |