İbrahim Məmmədov (pedaqoq)
İbrahim Məmmədov | |
---|---|
Məmmədov İbrahim İsmayıl oğlu | |
![]() | |
İbrahim Məmmədov, 1951-ci il. |
İbrahim Məmmədov (1918–1953) — Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbinin direktoru. Böyük Vətən müharibəsi iştirakçısı və Böyük Vətən müharibəsi əlili idi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
25 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) dabbaqçı ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısı və Vətən müharibəsi əlilidir. Berlinin alınmasınadək döyüşlərdə zabit kimi iştirak edib.
12 aprel 1945-ci il tarixdə Berlində yaralanıb və qospitalda sol qıçının dizdən yuxarı hissəsi amputasiya edilib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsindən (1941–1945) əvvəl təyinatla Ucar rayonundakı orta məktəblərdə müəllim,
1945 – 1946-cı illərdə Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbində tədris hissə müdiri,
1947 – 1953-cü illərdə isə direktor vəzifəsində çalışıb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
25 avqust 1953-ci il tarixdə – 34 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
- Həyat yoldaşı: İbrahimova Sodər (Surə) Adışirin qızı ali təhsilli idi və 1954-cü ildən Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbində riyaziyyat müəllimi, sonralar isə həmin məktəbdə tədris hissə müdiri vəzifəsində çalışıb (2 iyul 2007-ci il tarixdə – 82 yaşında vəfat edib).
- Övladları: Vasif, Akif, Asim olmaqla 3 oğlu olub;
- böyük oğlu Məmmədov Vasif 1970 – 1990-cı illərdə Şəki şəhər Maliyyə şöbəsində iqtisadçı, böyük iqtisadçı, baş iqtisadçı, şöbə rəisi, 1990 – 1996-cı illərdə Şəki şəhər Dövlət Vergi müfəttişliyinin rəisi, 1996 – 1993-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində (Vergilər Nazirliyində) müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən təqaüddədir.
- ortancıl və kiçik oğlu Akif və Asim vəfat ediblər.
Bildiriş[HTML redaktə]
...
...
- Skript xətası olan səhifələr
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Eyni ad-soyadlılar
- Eyni ad-soyadlı şablonuna ehtiyac olmayan məqalələr
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr