Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İftixar Hacıyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
İftixar Hacıyev
Hacıyev İftixar Kənan oğlu
İftixar Hacıyev
İftixar Hacıyev.

İftixar Hacıyev — tanınmış musiqiçi və musiqişünas-pedaqoq, vokalist, tarzən, gitaraçı, violonçelçi və baritonçu. Şəki İpək kombinatının “Təbəssüm” estrada ansamblının, Şəki mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının və “Ay işığı” instrumental ansamblının yaradıcılarından biridir və vaxtilə bu ansamblların solisti olmuşdur. Həmçinin, 1977 – 1986-cı illərdə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin nəfəs alətləri orkestrində də müntəzəm olaraq çıxış etmişdir. Hal-hazırda isə özəl kamera ansamblında çalışır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 avqust 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1960 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 8 №-li orta məktəbində,

1963 – 1969-cu illərdə Nuxa/Şəki şəhər 1 №-li uşaq musiqi məktəbində,

1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb.

Hərbi xidməti[Vizual/Mobil redaktə | HTML redaktə]

1973 – 1975-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971 – 1973-cü illərdə Şəki şəhər Mədəniyyət Evinin nəfəs alətləri dərnəyində dirijor,

1973-cü ildə və 1975 – 1977-ci illərdə Zaqatala uşaq musiqi məktəbində tar müəllimi,

1977 – 1986-cı illərdə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbində tar müəllimi,

1986 – 1994-cü illərdə Şəki şəhər Mədəniyyət Evinin “Zirvə” xalq-instrumental ansamblının dirijoru,

1984 – 1998-ci illərdə Şəki avtoklubunun müdiri,

2004 – 2020-ci illərdə Şəki şəhər 4 saylı musiqi məktəbində tar müəllimi vəzifəsində çalışıb.

2000-ci ildən əmək fəaliyyətini özəl kamera ansamblında davam etdirir.

Bildiriş[HTML redaktə]

...

...