Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

İlqar Bürcəliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İlqar Bürcəliyev
Bürcəliyev İlqar Vüqar oğlu
İlqar Bürcəliyev
İlqar Bürcəliyev, 2019-cu il.
Doğum tarixi 11 mart 2001(2001-03-11)
Doğum yeri Moskva, Flag of Russia.svg Rusiya
Vəfat tarixi 28 sentyabr 2020 (19 yaşında)
Vəfat yeri Talış kəndi yaxınlığında, Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png Əsgər

İlqar Bürcəliyev (2001–2020) — Azərbaycan Milli Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi, 28 sentyabr 2020-ci il tarixdə, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycanın xalq artistləri – teatr və kino aktyorları Məmməd BürcəliyevSədayə Mustafayevanın nəticəsi, teatrşünas – tənqidçi Anar Bürcəliyevin isə qardaşı oğludur[1].

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

İlqar Bürcəliyevin qəbri, Gəncə Şəhidlər Xiyabanı.

11 mart 2011-ci il tarixdə Moskvada (Rusiya Federasiyası) anadan olub.

Uşaqlıqdan futbola maraq göstərib. 13 yaşından “Vətən” futbol klubunda, 16 yaşından “Kəpəz” futbol klubunda oynamış, daha sonra “Zirə” futbol klubuna transfer edilmişdir. Həmçinin, “Kəpəz” futbol klubunda oynayarkən, futbol üzrə Azərbaycanın U-17 Milli Komandasının sıralarına da dəvət edilib. 2019-cu il iyul ayının 22-də həqiqi hərbi xidmətə yollandığı üçün futbol karyerasını müvəqqəti olaraq dondurub.

Vətən müharibəsinin ikinci günü – 28 sentyabr 2020-ci il tarixində Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə, düşmənin snayper gülləsinə tuş gələrək 19 yaşında qəhrəmancasına həlak olub.

Mənbə[redaktə | HTML redaktə]

  • Paşayeva Q. "Yeni zəfər tarixi yazan İlqar Vüqar oğlu Bürcəliyev". https://xalqqazeti.com/ (azərb.). “Xalq qəzeti”. 28 Nov 2020 tarixində arxivləşdirilib.

İstinadlar[redaktə | HTML redaktə]

  1. Anar Bürcəliyev, Məmməd BürcəliyevSədayə Mustafayevanın oğlu yox nəvəsi, İlqar Bürcəliyev isə onların nəvəsi yox, nəticəsidir; belə ki, Məmməd Bürcəliyev oğlu Cavidanın oğlunu – öz nəvəsi Anarı, rəsmən oğulluğa götürüb.

Videolar[redaktə | HTML redaktə]