Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İmran Alməmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
İmran Alməmmədov
Alməmmədov İmran Yaqub oğlu
İmran Alməmmədov
İmran Alməmmədov.
Doğum tarixi 13 aprel 1952 (1952-04-13) (72 yaş)
Doğum yeri Cəfərabad, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi, iqtisadçı mühəndis ixtisası (1969–1974)
facebook səhifəsi

İmran Alməmmədov — tanınmış iqtisadçı-mühasib, Cəfərabad bələdiyyəsinin sabiq sədri.

Haqqında məlumatlar

13 aprel 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Cəfərabad kəndində anadan olub.

Təhsili

1959 – 1967-ci illərdə Cəfərabad kənd orta məktəbində,

1967 – 1969-cu illərdə Şəki şəhər Məhəmməd Füzuli adına 3 №-li orta məktəbində,

1969 – 1974-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1974 – 1977-ci illərdə əvvəl Salyandakı 23 №-li SMD-də, sonra isə Mingəçevirdəki 64 saylı İSMD-də böyük iqtisadçı,

1977 – 1978-ci illərdə Şəki rayon Təsərrüfatlararası Qoyunçuluq Birliyində iqtisadi məsələlər üzrə direktor müavini,

1978 – 1982-ci il illərdə Cəfərabad Üzümçülük sovxozunda baş iqtisadçı və baş mühasib,

1982 – 1985-ci illərdə Şəki rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisəsində baş mühasib,

1985 – 1999-cu illərdə 29 saylı və 838 saylı Tikinti idarələrində baş mühasib,

2000 – 2005-ci illərdə Cəfərabad bələdiyyəsinin sədri,

2005 – 2006-cı illərdə Təpəcənnət bələdiyyəsinin baş mühasibi,

2006 – 2015-cı illərdə Şəki Elektrik Stansiyasında baş mühasibin müavini və aparıcı mühasib vəzifəsində çalışıb.

2015-cı ildən təqaüddədir.

İctimai-siyasi fəaliyyəti

1999-cu ildə bələdiyyə seçkilərində Cəfərabad bələdiyyəsinin üzvü və bələdiyyə sədri seçilib.