Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İslam Hacəliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
İslam Hacəliyev
Hacəliyev İslam Xəyyam oğlu
İslam Hacəliyev
İslam Hacıalıyev.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 7 iyul 2008 (2008-07-07) (16 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Yaşadığı yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Son reytinqi 117478
FİDE reytinqi 2400-dən az (aprel 2022)

İslam Hacəliyev — yeniyetmə şahmatçı, Azərbaycanda keçirilmiş bir sıra respublika əhəmiyyətli şahmat turnirlərinin öz yaş kateqoriyası üzrə mükafatçısı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

7 iyul 2008-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Şəki şəhər 2 saylı tam orta məktəbinin 10-cu sinif şagirdidir.

Şahmat fəaliyyəti[redaktə | HTML redaktə]

8 yaşından Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə yazılıb. Şahmat məşqçisi Sadiq Mehdiyevdir.

2022-ci ilin 3 – 9 yanvar tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.

2022-ci ilin fevral ayında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat turnirinin Ağcabədidə keçirilmiş qrup mərhələsində “A” qrupu üzrə 2-ci yeri tutub və 1 aprel tarixdə Bakıda təşkil olunacaq final mərhələsində oynamaq hüququ qazanıb.

2022-ci ilin 18 – 27 avqust tarixləri arasında Azərbaycan Şahmat Federasiyasının Zaqatalada keçirdiyi 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında (blits-turnir) 9 oyundan 8.5 xal toplayaraq 1-ci yeri tutub.

2022-ci ilin 22 – 31 avqust tarixləri arasında Azərbaycan Şahmat Federasiyasının Zaqatalada keçirdiyi 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında A qrupunda 1-ci yeri tutaraq Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək yeniyetmələrin Şahmat üzrə Dünya Olimpiadasına vəsiqə qazanıb.

16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində öz yaş qrupunda 2-ci yeri tutaraq Avropa çempionatına vəsiqə qazanıb.

22 sentyabr 2024-cü il tarixdə 2100-ədək reytinqli Azərbaycan şahmatçıları arasında Bakıda keçirilmiş “Grand Prix Rapid” turnirində 1-ci yeri tutub və 200 manat pul mükafatı əldə edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Hajialiyev Islam : [arx. 10.01.2022] : [ing.] // Chess-results.com. — Müraciət tarixi: 10.01.2022.
  2. "Təhsil" RİM - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turniri, A qrupu : [arx. 06.03.2022] : [ing.] // Chess-results.com. — 2022. — 25 February. — Müraciət tarixi: 06.03.2022.
  3. 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası, Blits turnir : [arx. 28.08.2022] : [ing.] // Chess-results.com. — 2022. — 27 August. — Müraciət tarixi: 28.08.2022.
  4. 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası, A qrupu : [arx. 31.08.2022] : [ing.] // Chess-results.com. — 2022. — 31 August. — Müraciət tarixi: 28.08.2022.
  5. AZE Chess Championship U-16 2023 : [arx. 29.06.0202] : [ing.] // Chess-Tournament-Results-Server. — 2022. — 31 August. — Müraciət tarixi: 28.08.2022.
  6. Chessbattle Grand Prix Rapid U-2100 (REYTİNQLİ RAPİD TURNİRİ 2100-DƏK) 22 sentyabr 2024 saat 15:00 limit - 80 nəfər // Chess-Tournament-Results-Server. — 2024. — 22 sentyabr. — Müraciət tarixi: 23.10.2024.