Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Şəki xanlığının bayrağı (Hacı Çələbi xan dövrü)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki xanlığının bayrağı (Hacı Çələbi xan dövrü)

Şəki xanlığının Hacı Çələbi xan dövrünə aid bayrağı — 1806-cı ilin 3 – 4 noyabr tarixlərində Nuxanı (indiki Şəki) işğal etmiş rus ordusu tərəfindən qənimət götürülmüş 6 Şəki xanlığı bayrağından biri, hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda saxlanılan Şəki xanlığının 3 bayrağından biridir. 1606-cı ildə Hindistanda Hacı Hüseyn tərəfindən hazırlanmış, Nadir şahın Hindistan yürüşü zamanı onun tərəfindən qənimət götürülmüş, sonra isə Şəki xanlığının bayraqlarından biri olmuşdur (onun hədiyyə və ya döyüş qəniməti kimi əldə olunması haqqında məlumat yoxdur).

Haqqında məlumatlar

Düzbucaqlı üçbucaq formasında olan bayrağın (ölçüləri 143x105x93,5 santimetr) üz və astar tərəfləri müxtəlif növ parçalardan (tirmə və kətan) tikilib, sonralar bərpa zamanı üz astardan ayrılıb. “Qafqaz Hərb Tarixi Muzeyi üzrə bələdçi” kitabında (Tiflis, 1913) verilmiş məlumata görə, Şəki xanlığı uğrunda son döyüş zamanı rusların əlinə keçmişdir.

Bayrağın tirmə parçadan tikilmiş üz tərəfindən fərqli olaraq, onun saya kətan parçadan olan astar üzündə müxtəlif ornament, işarə və yazılar çoxdur. Bayraq hazırlanarkən onun üstündə olan sanskrit yazılara sonralar ərəb və fars dillərində əlavələr edilib. Lakin bu yazıların bir hissəsi sonradan, muzeydə saxlanılma şəraitinin qənaətbəxş olmaması üzündən pozulub, hətta oxunmaz hala düşüb. Bayrağın təhvil alınarkən elmi pasportunda edilən qeydə görə həmin yazılardan birində “Böyük sultan, ən böyük xaqan, insanların başlarının ağası Nadir şah. Allah onun hakimiyyətini əbədi etsin. 1155 (1742-1443) il” sözləri yazılıb. Bayraq qumaşının üstündə Qurandan ayələr, onların mənası, məqsəd və mahiyyəti, bu gün də alimlər üçün anlaşılmaz qalan və “Allahın sirri” hesab edilən bir və ya bir neçə hərf həkk olunub. Bayraq qumaşı üzərindəki yazıların əmələ gətirdiyi böyük kvadrat və iki düzbucaqlıda Quran ayələrindən ayrı-ayrı sözlər, kiçik surələr, eləcə də döyüşdə qələbəyə inam və ümid verən, adətən döyüş bayraqları və silahlarında olan “Kömək Allahdandır və yaxın qələbə” sözləri verilib. Bu bayrağın 287 santımetr uzunluğunda olan, qara və yaşıl rəngə boyadılmış sapına keçirilmiş mis ucluq üç hissədən ibarətdir.

Ədəbiyyat

  1. Tarix Muzeyinin fondunda Şəki xanlığının bayrağı qorunur : [arx. 07.04.2024] : [azərb.] // AZƏRTAC. — 2022. — 17 fevral. — Müraciət tarixi: 07.04.2024.