Əbdülqəni Nuxəvi
Əbdülqəni Nuxəvi | |
---|---|
Şəmsəddin Əbdülqəni Nuxəvi Kamaləddin Məhəmməd əfəndi oğlu Xəlisəqərizadə | |
Əbdüqlqəni Nuxəvinin “Qazıxana dəftəri” kitabıbın üz qabığı (Bakı, “Nurlan”, 2008). | |
Doğum tarixi | 8 mart 1817 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki xanlığı, Rusiya İmperiyası |
Vəfat tarixi | 17 may 1879 (62 yaşında) |
Vəfat yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Dəfn yeri | “Babanın üstü” adlı yerdəki qəbiristanlıq |
Əbdülqəni Nuxəvi (1817–1879) — görkəmli alim-pedaqoq, kitabşünas və xəttat. Azərbaycanda əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğində əvəzsiz xidmətləri olub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda onun tərəfindən qələmə alınmış iki mindən artıq əlyazma qorunub saxlanılmaqdadır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
8 mart 1817-ci il tarixdə Nuxanın (indiki Şəki) Qışlaq kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Nuxada fəaliyyət göstərən Abdulla əfəndi Axundzadənin, Sədrəddin bəy Nuxəvinin və Əlican bəy Nuxəvinin məktəb və mədrəsələrində, Dabbaqxana məscidinin nəzdindəki mədrəsədə, Qışlaq və Göynük kəndlərində ayrı-ayrı müəllimlərdən dərs alıb.
Bəzi ehtimallara görə Türkiyədə də təhsil almışdır.
Fəaliyyəti[redaktə | HTML redaktə]
Ən geci 1863-cü ildən Nuxa qəzasının baş qazisi vəzifəsində çalışıb.
Səyahətləri[redaktə | HTML redaktə]
1835 – 1839-cu illərdə — 3 il yarım müddət ərzində İranda (iki dəfə) və İsanbulda,
1872 – 1873-cü illərdə İstanbul, Qahirə, İsgəndəriyyə, Məkkə, Mədinə şəhərlərində səyahətdə olub.
Pedaqoji, elmi, xəttatlıq və kitabxanaçılıq fəaliyyəti[redaktə | HTML redaktə]
Qahirədə təhsil alan qardaşının göndərdiyi kitablardan, Şərq ölkələrinə səyahətləri zamanı əldə etdiyi, yaxud üzünü çıxartdığı kitablardan ibarət zəngin bir kitabxana yaratmışdır.
Dərsliklər də yazmış və müəllim kimi də fəaliyyət göstərmişdir.
Vəfatı[redaktə | HTML redaktə]
17 may 1879-cu il tarixdə – 62 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. “Babanın üstü” adlanan yerdəki qəbiristanlıqda dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Şərifli K. Əbdülqəni Nuxəvi Xalisəqarızadə / elmi redaktor: M.Adilov. — Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. — Bakı: Nurlan, 2002. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 8 mart 2021.
- Şərifli K. Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu / elmi redaktor: Azədə Musayeva. — Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. — Bakı: Nurlan, 2009. — I cild. — Səhifələrin sayı: 425. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 8 mart 2021.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
- Qazıxana dəftəri
- Əbdülqəni Nuxəvi kitabxanası
- Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1817-ci ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 17 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1879-cu ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə