Ədəbiyyat:Məhəmmədhüseyn xanın aqibəti ilə bağlı 4 yazılı material

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
“Şəki xanı Məhəmmədhüseyn xan Müştaqi” heykəlinin eskizi (Albert Mustafayev, 2009-cu il.)

Məhəmmədhüseyn xanın aqibəti barədə dörd material — edam ərəfəsidə özünün yazdığı qoşma, anonim şəxsin qələmə aldığı hekayət, M.V.Vidadinin qələmə aldığı müxəmməs və həmçinin hadisənin tarixinin dəqiqləşdirilməsi uçun bir rusdilli sənəd.

Qoşma[HTML redaktə]

Ey ağalar, düşdüm təxtü-tacımdan,
Dağıldı nökərim, həm malım mənim.
Neçə kərə əzmi-səfər eylədim,
Tərsə təbdil oldu iqbalım mənim.
Fələk bükdü belim, oxşatdı yaya,
Axıtdı yaşımı döndərdi çaya,
Axır gündə ömrüm keçdi ah-vaya,
Lap pərişan oldu əhvalım mənim.
Oldum zarü-giryan, vardım hər yana,
Bir kimsənə imdad qılmadı mənə,
Müzəyyən otağım qaldı düşmənə,
Tarac oldu taxtım, həm malım mənim.
Qırıldı bəylərim, cümlə havadar,
Üzüldü, əlimdən getdi ixtiyar,
Məclisimdə sayılmayan adamlar
Geydilər atlasım, həm şalım mənim.
Nuxalı eylədi canım qəsdimi,
Yığılıb yer-yerdən tutdular məni,
Kəsdi yağı cəllad başım üstünü,
Yetdi yaman yerə, vay halım mənim.
Üz tutdum, çağırdın o zülcəlalı,
Muradım əksini mən gördüm, vəli.
Xəstə Müştaqi’yəm, qaldı üzülü
Əziz balam sarı, ah, əlim mənim.

Anonim şəxsin qələmə aldığı hekayət[1][HTML redaktə]

Hüseyn xanın əyyami-hökuməti iyirmi iki il olduqda, Hacı Əbdülqadir fürsət tapıb, qəflətən bir gün məxfi gəlib, yanında olan Ərəş və Şəki bəyləri ilə. Ərəş bəylərindən yanında olan bəylər Məlik Əlinin əqrəbalarından imiş, hansı ki Məlik Əlini qətlə yetirməkli ədavətinə. Şəkidən olan bəylər Hacı Şeyx Əli nəslindən olub, onların da Hacı Rəsul bəy ki, Hacı Şeyx Əlinin oğlu və (Məhəmmədhüseyn xanın) yeznəsidir, bunu qətlə yetirməyi cəhətindən kinədar olublar imış. Hacı Rəsul bəyi qətl etməyinə bağışladar ki, mərhumda Hüseyn xanın həmşirəsi (yəni, bacısı) olub və Hüseyn xan bacısına hörmət edərmiş və amma Hacı Rəsulun qəlbindən xanlıq keçirmiş. Bir gecə öz hərəminə – xanın həmşirəsidir, söhbətində sual edir ki sən xan həmşirəsi olmaq, yaxud xan hərəmi olmaq istərsən? Hərəmi nə cavab veribsə naməlumdur. Ancaq məxfi, qardaşı xana bu keyfiyyəti xəbər edib. Xan xəbərdar olduqda Hacı Rəsul bəyin hərəkətinə diqqət edib görür ki, həqiqətən də xanlıq tədarükündədir. Bir gün hüzuruna tələb ed ib boğdurmaq ilə qətlə yetirir.

Əz an in cümlə (yəni, o cümlədən), ismi məlum Zaman bəy də (?) bu ittifaqda ki, cümlətani ki altmış adam olurlar, gecə ilən gəlib dağda gizlənib. Səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (yəni, mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt xan da hərəmxanasına mütəssil (yəni, bitişik) qurğuşunlu otaqda imiş. Bu əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür. Axirələmür (yəni, nəhayət), qapını sındırıb və xanı qətlə yetiriblər[2]. Xan vəfat etmiş, Səki əhli xəbərdar olub bir parası qalaya hücum edirlər, qapını bağlı görüb. Və içəridən düşmüş adamları cavab verirlər ki xan qətlə yetişibdir və Hacı Əbdülqadir taxtda əyləşib, bir nəsildir, siz əbəs yerə səy edib təzə xana asi olmayın. Bu söz ilə əhli-Şəki rücu’ (yəni, dağılışmaq) edirlər və xan da vəfat edir: tarix-i min yüz doxsan dörddə, hicrətdə (yəni, 1780-cı ildə).

Müsibətnamə[HTML redaktə]

M.V.Vidadi

Gәl, könül, bir ibrәt al, bu gәrdişi-dövranә bax!
Cami-heyrәtdәn dәmi mәxmur olub, mәstanә bax!
Tut tәfәkkür damәnin, bir dәm dili-heyranә bax!
Kimsәyә qılmaz vәfa, bu dәhri-bipayanә bax!
Olma mәmurinә rağib, axiri viranә bax!
Bivәfadır mülki-dünya, malına aldanma çox,
İzzü cahü dövlәtü iqbalına aldanma çox,
Tutma ümmid, әqlü fәhm әhvalına aldanma çox,
Qövmü qәrdaşü rәfiq әqvalına aldanma çox,
Hәr biri bir rәmz ilә sәndәn olur biganә, bax!
Şәrhi bimümkün gәlib getmiş cahana çox hümam,
Hәr biri әsrindә bir sahibhünәr, alimәqam,
Şah ola, istәr gәda, divanә ya әhli-nizam,
Yetmәmiş mәqsudinә alәmdә heç әrbabi-nam,
Cümlәsin mәqtul edib, bu bisәrü samanә bax!
Dinlә, ey tüğyani-möhnәt, bir hekayәt söylәyim,
Didәlәr giryan edәn şәrhi-mәlalәt söylәyim,
Dәrdi-bidәrmanü daği-binәhayәt söylәyim,
Bu sözә nisbәt sәnә, gәl, bir hekayәt söylәyim,
Lütf edib, qıl bir nәzәr, bu müxtәsәr dәstanә bax!
Noldu gör ol sәrvәri-dövran, әmiri-möhtәrәm,
Mәnbәi-cudü sәxavәt, mәdәni-lütfü kәrәm,
Mәrdi-meydan, әhli-ürfan, sahibi-tiğü qәlәm,
Әrseyi-rifәtdә guya kim, tikilmiş bir әlәm,
Hakimi-Şirvan, Şәki, yәni Hüseyn xanә bax!
Şirdil bir mәrd idi kim, şövkәtü şәni әzim,
Sәfşikәn, әdafikәn, şәmşirzәn, bixövfü bim,
Sәrvәri-sahibhәşәm, әtbai çox, mülkü qәdim,
Xoşnüma, xәndanliqa, şirinsüxәn, tәbi hәlim,
Neylәdi, gәl gör, müqәddәr, hikmәti-yәzdanә bax!
Hәqpәrәst, әhli-tәvәkkül, pakdil, safcigәr,
Baki yox heç kimsәdәn, cahü cәlalı bikәdәr,
Bilmәmiş rәşkü hәsәd insanı eylәr dәrbәdәr,
Bağlamış onunla kin әlavü әdna sәrbәsәr,
Saldılar hәr rәng dәvalar tutub böhtanә bax!
Hacı Әbdülqadirü Hacı Mәhәmmәd kinәdar
Saldılar yüz dürlü dәva, oldular ondan fәrar,
Etdilәr ol dәmdә Dardoqqazı sәngәr üstüvar,
Tapdı düşmәn hәr tәrәf, yüz oldu qovğa aşikar,
Buldular fürsәt, tәmami girdilәr meydanә, bax!
Kәndxudalar göndәrib oğluyla çox and eylәdi,
Etmәdi bir sud hәrçәnd әhdü peyvәnd eylәdi,
Hacı Әbdülqadir ol dәm gör necә fәnd eylәdi,
Tutdu onları tәmamәn yerbәyer bәnd eylәdi,
Verdi İbrahim xana, hәm saldılar zindanә, bax!
Gör nәlәr gәldi o dәm Hacı Mәhәmmәd başına,
Tutdurub hәm anı dәxi qoydu qәlә daşına,
Qaldı bir il, verdi can axır әcәl pәrxaşına,
Böylәdir, hәr kim olursa xain öz yoldaşına,
Getdi hәr nә var isә mәrdümliyi mәccanә, bax!
Ol Qarabağ hakimi dövlәtli İbrahim xan
Әvvәl-axır onun ilә ta yaman idi yaman,
Gördü fürsәt gәldi, fövt etmәk deyil әqlә nişan,
Oldu Әbdülqadir ilә müttәfiq hәm ol zәman,
Yığdılar bihәdd lәşkәr, car edib hәr yanә, bax!
Qıldı bu sәrriştәdә hәr hal ol sәyü әmәk,
Etmәdi tәqsir, hәr dәm verdi simü zәr demәk,
Gәldilәr Carü Tala bәylәr tәmami binәmәk,
Keçdi çox dava-döyüşlәr, tul olur şәrh eylәmәk,
Öldu әvvәl Hacı xan tәk novcәvan fәrzanә, bax!
Çәkdi Ümmә xanü Әhmәd xani-Cöngәtay cәri,
Hәr biri Dağıstan içrә külli lәşkәr sәrvәri,
Bilәsincә neçә başçı, cümlәsi meydan әri,
Bir tәrәfdәn göndәrib topxanә, verdi lәşkәri,
Arxa durdu onlara valiyi-Gürcüstanә bax!
Eylәdi hәr bir qoşun gәldikcә bir dürlü savaş,
Hәr tərәfdәn qoydular can almağa meydanә baş,
Keçdi müddәt, düşdü xәlqә öylә bir qәhti-mәaş,
Olmayıb bir böylә zillәt mütlәqa alәmdә faş,
Gәlmәyib böylә müsibәt Rumә, ya İranә, bax!
Artdı qovağa üz verib hәr lәhzә bir cәngü cidal,
Öylә kim, gәlmәz hesabә oldu mәqtulü qital.
Gördü kim, ol mәrdi-meydani-bәla, ol pürmәlal
Günbәgün etmәkdәdir әyyam onu aşüftәhal,
Dәmbәdәm salmaqdadır dövran onu nöqsanә, bax!
Fәtәli xan yanına әzm eylәyib, hicrәt qılıb,
Neylәdi ol mәrd gör әda ikәn hörmәt qılıb,
Çәkdi lәşkәr bilәsincә neçә yol qeyrәt qılıb,
Etdi mәyus onu hәm iqbali-binüsrәt qılıb,
Neylәsin insan әgәr yar olmasa sübhanә, bax!
Gah Ağası xan Şirvan hakimilә bir zaman
Baş qoyub әdayә qarşı atdılara meydanә can,
Öylә bir cәng etdilәr kim, su yerinә axdı qan,
Hasili ol dәrdmәndә vermәdi nüsrәt inan,
Atәşi-meydanlara etdi özün pәrvanә, bax!
Döndü çün iqbali-dövlәt, gәlmәdi pәrva ona,
Olmadı hәr yanә üz tutdusa bir mәva ona,
Hәr nә var yarü müsahib oldular әda ona,
Hәr tәrәfdәn verdilәr qәtl etmәyә fitva ona,
Cümlә xunxarü nәmәksiz ol Şәki, Şirvanә bax!
Gör necә döndü, tәmaşa qıl onun әqranına,
Aşikaravü nihan qәsd etdilәr ta canına,
Duydu halı, hәr tәrәfdәn yığdı lәşkәr yanına,
Olmadı, çün çarә yox hәqdәn işin imkanına,
Hәr nә tәdbir ilә sәy etdisә ol mәrdanә, bax!
Cәm olub qәtlinә onun bir neçә әşrarlәr,
Bilmәyәn nanü nәmәk, bihörmәtü biarlәr,
Ölmәyә, öldürmәyә bәrk etdilәr iqrarlәr,
Cümlә öz әqvamü әqranı tәmam xunxarlәr,
Qövm-qardaşa inan, gәl dosta bax, yaranә bax!
Bir günorta vaxtı xali buldular fürsәt mәgәr,
Qalmamış, getmiş dәrindә hiç dәrbandan bәşәr.
Doldular ol xabi-qәflәtdә yatarkәn bixәbәr,
Böylәdir tәqdir: "iza caәl-qәza әmәl-bәsәr",
Özgә fikrә düşmә çox, hәqdәn gәlәn fәrmanә bax!
Çıxdı ta olcaq xәbәr әdayә qarşı bidirәng,
Bir zaman naçar, tәnha eylәdi şiranә cәng,
Neylәsin yox dәsti-bәxt, iqbali-nüsrәt, payi lәng.
Hәr tәrәfdәn üstünә yağdırdılar tiğü tüfәng,
Aqibәt mәcruh olub qәrq oldu әlvan qanә, bax!
Etdilәr sülh üzrә ol dәm bir neçә qövlu qәrar,
Oldu razı, bildi yalan olduğun biixtiyar,
Saxlayıb bir hәftә axır qәtl edib mәcruhü zar,
Külli-varın etdilәr taracü yәğma, tarümar,
Әhli beyti cümlә düşdü növhәvü nalanә, bax!
Әl qoyub cümlә fәsadә tikdilәr şeytan evin,
Etdilәr guya xәrabә din evin, iman evin,
Açdılar babi-fәsad, bağladılar ehsan evin,
Qırdı öz övladını, yıxdı onun sübhan evin,
Hacı Qadir tәk cahanın fitnәsi şeytanә bax!
Gәl, yetәr, ey zülmә rağib, sәngdil, sәxtcigәr,
Bunca xunriz olma, eylә zülmi-nahәqdәn hәzәr,
Yadına gәlmәz mәgәr ruzi-cәza, ey bixәbәr,
Noldu, hәqdәn bir zaman şәrm eylә, çıx şamü sәhәr,
Guş edib mәzlumlardan ol gәlәn әfqanә bax!
Ah kim, ta alәm olmuş mehrü mahın mәnzili,
Eylәmiş rövşәn dili ahi-siyahın mәnzili,
Gah düşәr nisbәt gәdayә padşahın mәnzili,
Gah şiri-nәr yerin eylәr rubahın mәnzili,
Dövri-bәrәksә nәzәr qıl, çәrxi-kәcrәftarә bax!
Kimsә qalmaz nikü bәd, ancaq qalır alәmdә ad,
Namurad eylәr cahan, hәr kim ki, istәr bir murad,
Bu musibәtnamә tarixin bil, ey fәrruxnihad,
İki yeddi, iki qırx olmuşdu min yüzdәn ziyad.
Oldu mәrhumü şәhid ol kövhәri-yektayә bax!
Böylәdir dövran işi, hәr gündә bir al eylәmiş,
Aqili nadan ilә pәjmurdәәhval eylәmiş,
Üz verib namәrdә, hәr dәm mәrdi pamal eylәmiş,
Ey Vidadi, gәl ki, bu heyrәt mәni lal eylәmiş,
Gör nәlәr qıldı fәlәk Müştaqi tәk insanә, bax!


Рапорт[HTML redaktə]

После отправленных мною от 11-го числа сего месяца вашей светлости известиев следующее честь имею приложить.
Генерал-поручик Александр Суворов
18 августа 1780 года[3]
Астрахань
[Приложение]
В подтверждение прежнего известия о Гусейн-хане шекинском, который по изгнании, находясь в местечке Джары и будучи приглашен от некоторых из своих подданных, выехал из оного в надежде вступить по-прежнему в правление, но по прибытии в Шеки Кабала от того ж своего племянника Гаджи-Кадыра (от коего и прежде был изгнан) убит.
18 августа 1780 года
Астрахань
ЦГВИА, ф. 52, д. 218, лл. 42-43.

Qeydlər[HTML redaktə]

  1. Bu hekayət AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda B-589/10505 şifrə altında saxlanılan əlyazmanın 51b – 52a səhifələrindən götürülmüş və Aydın Məmmədov tərəfindən transliterasiya edilmişdir. Mənbədə hekayətin hansısa “Məhəmmədiyyə” kitabından götürüldüyü qeyd olunub
  2. Bu yəqin ki səhvdir! Əslində onu bir həftə saxladıqdan və hansisa müqaviləyə imza atdırdıqdan sonra boğdurmaq yolu ilə edam etmışdilər. Bax: M.V.Vidadinin müxəmməsinə.
  3. Mətndəki 18 avqust tarixi Yuli təqvimilədir, bu tarix hal-hazırda istifadə etdiyimiz Qriqori təqviminin 29 avqustuna uyğun gəlir və tarixi xronologiyaya da 29 avqust kimi tətbiq olunmalıdır. Diqqət yetirsək ki, bu raportda Yuli təqvimilə avqustun 11-dən 18-nə qədər, yəni bizim indi istifadə etdiyimiz Qrigori təqvimi ilə avqustun 22-dən 29-na qədər, baş vermiş hadisələrdən bəhs olunur, o zaman, Məhəmmədhüseyn xanın 1780-cı il avqus ayının 22-dən 29-na qədər olan günlərində öldürüldüyü müəyyənləşir.

Mənbə[HTML redaktə]

  1. Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti. http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).