Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Ədhəm Məmmədrəhimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ədhəm Məmmədrəhimov
Məmmədrəhimov Ədhəm Yusif oğlu
Ədhəm Məmmədrəhimov
Ədhəm Məmmədrəhimov.
Digər adı Hətəm Məmmədrəhimov
Doğum tarixi 14 mart 1910(1910-03-14)
Doğum yeri 31 mart 1981 (71 yaşında)
Dəfn yeri Şəki
Həyat yoldaşı Hacıyeva Fatma Məmməd qızı
Uşaqları Mahir və Ceyran
Atası Yusif Hacı Məmmədrəhim bəy oğlu
Anası Mələknisə Əbdülqədir qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Stalin adına Nuxa Pedaqoji Texnikumu (1927–1931)

 • Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutu, coğrafiya fakültəsi (–1946)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1960Azərbaycan SSR qabaqcıl maarif xadimli — 1955
"Şərəf Nişanı" ordeni  — 1953"Əməkdə fərqlənməyə görə" medalı — 1949"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946

Ədhəm Məmmədrəhimov (1910–1981) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, Şəki şəhər 10 №-li orta məktəbinin ibtidai siniflər üzrə direktor müavini və coğrafiya müəllimi.

Haqqında məlumatlar

14 mart 1910-cu il tarixdə Nuxada (indiki Şəki) xırda sənətkar ailəsində anadan olub.

1914-cü ildə atası vəfat edib və bundan sonra əmisinin himayəsində böyüyüb.

Təhsili

1927-ci ilədək Nuxa şəhər 1 №-li məktəbində,

1927 – 1931-ci illərdə Stalin adına Nuxa Pedaqoji Texnikumunda təhsil alıb.

1946-cı ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1931 – 1932-ci illərdə Nuxa şəhər 11 №-li orta məktəbində müəllim,

1932 – 1933-cü illərdə Nuxa şəhər 6 №-li yeddiillik məktəbində müəllim,

1933 – 1936-cı illərdə Baş Göynük kənd 1 №-li orta məktəbində müəllim,

1936 – 1944-cü illərdə Nuxa şəhər 11 №-li orta məktəbində tədris hissə müdiri və müəllim,

1944 – 1945-cı illərdə Nuxa şəhər 10 №-li orta məktəbində dərs hissə müdiri və müəllim,

1945 – 1949-cu illərdə əvvəl vaxtlarda Nuxa şəhər maarif şöbəsində məktəb müfəttişi, sonra Böyük Dəhnə kənd orta məktəbində müəllim, daha sonra isə Nuxa şəhər 7 №-li qızlar məktəbində müəllim,

1949 – 1954-cü illərdə Nuxa şəhər maarif şöbəsinin müdiri,

1954 – 1965-ci illərdə Nuxa rayon xalq maarifi şöbəsində pedaqoji kabinənin müdiri və Nuxa şəhər 10 №-li orta məktəbində müəllim,

1965 – 1967-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində istehsalat təlimi üzrə direktor müavini,

1967 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində sinifdən və məktəbdən kənar tərbiyə üzrə müavin,

1968-ci ildən Şəki şəhər 10 №-li orta məktəbində ibtidai siniflər üzrə direktorun müavini və coğrafiya müəllimi vəzifəsində çalışıb.

Təltif və mükafatları

İctimai-siyasi aktivliyi

1946-cı ildən kommunist partiyasının üzvü olub.

19531961-ci illərdə Nuxa şəhər sovetinin deputatı seçilib.

Vəfatı

31 mart 1981-ci il tarixdə – 71 yaşında, Şəkidə işdə vəfat edib. Xoçik qəbiristanlığında dəfn olunub.