Əziz Zərgərov
Əziz Zərgərov | |
---|---|
Zərgərov Əziz İsmayıl oğlu | |
Əziz Zərgərov. | |
Anadan olub | 10 aprel 1931 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 12 iyul 1993 (62 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | əmtəəşünas |
Təhsili | K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1948–1952) |
Mükafatları |
Əziz Zərgərov (1931–1993) — sovet dövründə Azərbaycanda tanınmış ticarət məmuru olmuş şəxs. Uzun müddət Bakıda “Azərbaycanayaqqabıticarət” topdansatış bazasının rəisi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
10 aprel 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1948-ci ildə orta məktəbi bitirib.
1948 – 1952-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1952-ci ildə “Bakıayaqqabı” ixtisaslaşmış ticarət təşkilatında əmtəəşünas vəzifəsində işləməyə başlayıb.
Daha sonra əvvəl Bakı toxuculuq, geyim və ayaqqabı malları ticarəti idarəsində, sonra isə Bakı sənaye malları ticarəti idarəsində böyük əmtəəşünas vəzifəsində çalışıb.
1960-cı ildə Bakı toxuculuq, geyim və ayaqqabı malları ticarəti idarəsinə direktor müavini təyin edilib.
1964-cü ildə “Azərbaycanayaqqabıticarət” topdansatış bazasına rəis təyin edilib və ömrünün sonunadək bu vəzifədə çalışıb.
Mükafatları
- “Ticarət əlaçısı” döş nişanı.
- “Qırmızı Əmək Bayrağı” ordeni.
Vəfatı
12 iyul 1993-cı il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. Şəki şəhərində dəfn olunub.
Ədəbiyyat
- Avey A., Əliyev R.H. Azərbaycan tacirləri. — Bakı: Səda, 2002. — Səhifələrin sayı: 261. — Səh.: 106 – 107.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |