Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Abid Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Abid Əfəndiyev
Əfəndiyev Abid Məmməd oğlu
Abid Əfəndiyev
Abid Əfəndiyev.
Digər adları Abid Efendiyev, Абид Әфәндијев, Абид Эфендиев
Anadan olub 1878(1878-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1946(1946-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (67 yaşında)

Abid Əfəndiyev (1878–1946) — Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk illərindən müxtəlif məsul vəzifələr tutmuş tanınmış ictimai-siyasi xadim. Nuxa qəza inqilab komitəsinin sədri, Nuxa şəhər icraiyyə komitəsinin sədri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1878-ci ildə Nuxada (indiki Şəki), xırda alverçi ailəsində anadan olub. 1901-ci ildə ailəvi Aşqabad şəhərinə köçüblər.

Təhsili[redaktə | HTML redaktə]

İbtidai təhsilini Nuxa şəhər məktəbində alıb.

Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

Birinci rus inqilabı illərində inqilabi hərəkata qoşulub və Aşqabad dəmir yol fəhlələrinin tətilinin təşkil edilməsində iştirak edib, Aşqabad qarnizonu hissələrində təşviqat işi aparıb. Hökumət orqanları tərəfindən təqib edildiyinə görə Mərv şəhərinə köçüb.

1914-cü ildə Mərvdə siyasi fəaliyyətinə görə həbs olunub və iki il müddətə Samara quberniyasına sürgün edilib.

1917-ci il Fevral inqilabından sonra Mərv fəhlə və əsgər deputatları sovetinə seçilib.

1918-ci ildə bolşeviklər partiyası sıralarına daxil olub. Bolşevik “Hümmət” təşkilatının Mərv şöbəsinin yaradılmasında yaxından iştirak edib.

1919-cu ildə Daşkəndə gedib və orada “Qafqazlı və azərbaycanlı türk kommunist-bolşeviklərin Daşkənd təşkilatı”nın işində fəal iştirak edir.

1919-cu ilin iyununda Mərvə qayıdıb və siyasi fəaliyyətini davam etdirib.

1919-cu ilin oktyabrında Zakaspi cəbhəsi siyasi şöbəsinin müsəlman bölməsi tərəfindən türkmənlərin yəmutlar qəbiləsi arasında siyasi iş aparmaq üçün Həsənqulu kəndinə göndərilib.

1919-cu ilin axırlarında Zakaspi cəbhəsi hərbi-inqilab şurasının tapşırığı ilə balıqçı qayığında Xəzər dənizini keçib, Bakıya məxfi sanədlər aparıb.

1920-ci ilin yanvar ayında “Hümmət” komitəsinin qərarı ilə Nuxaya gedib.

1920-ci ilin fevralında Nuxa bolşeviklərinin nümayəndəsi olaraq Azərbaycan Kommunist partiyasının I qurultayında iştirak edib və Azərbaycan K(b)P MK tərkibinə seçilib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1920-ci ilin mayından 1921-ci ilin martınadək Nuxa qəza inqilab komitəsinin sədri,

1921 – 1924-cü illərdə Balaxanı rayonunda mədən komitəsinin katibi olub.

1924 – 1933-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında və Azərbaycan Dövlət Nəşriyyatında işləyib.

1933-cü ilin noyabrında Nuxa şəhər icraiyyə komitəsinin sədri seçilib.

1935-ci ildən ömrünün sonunadək Azərkitabın Kirovabad şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vəfatı[redaktə | HTML redaktə]

1946-сı ildə – 67 yaşında, vəfat edib.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. A.M.Əfəndiyev // Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. — Azərb. KP MK yanında Partiya Tarixi İn-tu, Sov. İKP MK yanında Marksizm-Leninizm İn-tunun Filialı.. — Bakı: Azərnəşr, 1958. — Səhifələrin sayı:  419. — Səh.: 195-196. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.

Həmçinin, bax:[redaktə | HTML redaktə]