Adil Vəliyev
Adil Vəliyev | |
---|---|
Vəliyev Adil Qulam oğlu | |
![]() |
Adil Vəliyev — tanınmış müğənni və məşhur “İrs” folklor ansamblının sabiq üzvü.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
5 dekabr 1952-ci ildə Yevlaxda anadan olub. Atası Qulam Vəliyev Ağdamda doğulsa da əslən şuşalı idi və həmin vaxt Yevlax yun zavodunun direktoru vəzifəsində çalışırdı. Anası Zərifə Əhməd qızı Əsədova-Vəliyeva isə şəkili idi.
1960-cı ildə – 10 yaşı olarkən, atası vəfat edib. 1968-ci ildə ailəvi Bakıya köçüblər.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1958 – 1963-cü illərdə Yevlax dəmiryolu idarəsinin məktəbində,
1953 – 1958-ci illərdə isə Yevlax şəhər 5 №-li orta məktəbində,
1969 – 1971-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktyorluq kursunda,
1979 – 1984-cü illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Musiqi və əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
5 yaşında nağara, 12 yaşında diatonik (yarımtonsuz) qarmon çalmağa başlayıb.
Ailəvi Bakıya köçdükdən sonra qarmonçalan kimi toylara dəvət olunub. Gələcəyin məşhur müğənnisi Məmmədbağır Bağırzadə ilə birlikdə toylara gedib.
1969-cu ildə məşhur kamança ustası Habil Əliyev və tanınmış xanəndələr Sabir Mirzəyev, Səmayə Hüseynova, Sabir Əliyevlə birlikdə Sabirabad və Saatlı rayonlarında konsertlər veriblər.
1971-ci ildə 7 ay Azərbaycan Dövlət Akademik Dram teatrına işləyib.
1973-cü ildən xanəndəlik etmək yolunu seçib. Bundan sonra “İrs” folklor ansamblına dəvət olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- ... Sənəti, xasiyyəti, rəftarı gözəl, zəngin repertua malik hərtərəfli müğənni // Adil Veliyev (facebook səhifəsi). — Müraciət tarixi: 05.09.2024.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...
...