Anar Şəmsiyev
Jump to navigation
Jump to search
Anar Şəmsiyev (Şəmsiyev Anar İsa oğlu; d. 8 noyabr 1989-cu il Bakı, Azərbaycan SSR, SSRİ) – ali təhsilli rəssam-pedaqoq; “Asmart Creative Hub” yaradıcılıq mərkəzində (2016-cı ildən), “Yarat Müasir İncəsənət Məkanı”nda (2017-ci ildən), “XX – XXI Əsr Azərbaycan Rəngkarlığı Muzeyi”ndə (2018-ci ildən) pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
1989-cu ildə Bakıda anadan olub.
2005 – 2009-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində,
2011 – 2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müasir rəngkarlıq fakültəsində təhsil alıb.
2009 – 2010-cu illərdə hərbi xidmət borcunu yerinə yetirib.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Əsərləri bir sıra rəsm sərgilərində sərgilənib.
Yaradıcılığından nümunələr[redaktə | əsas redaktə]
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |