Arzu Məmmədnəbi-İnceer
Arzu Məmmədnəbi-İnceer | |
---|---|
Arzu Qurban qızı Məmmədnəbi (Məmmədnəbiyeva) | |
Arzu Məmmədnəbi-İnceer, 2019-cu il. | |
Doğum tarixi | 3 oktyabr 1974 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili | Şəki Tibb Məktəbi (1991–1994) |
Atası | Qurban |
Anası | Liyozə Məmmədnəbiyeva |
Həyat yoldaşı | Osman İnceer |
facebook səhifəsi |
Arzu Məmmədnəbi-İnceer — rəssam, fotoqraf və keramist. Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən “Lefkoşa Arapahmet Art Stüdyo”nun rəssamıdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
3 oktyabr 1974-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1980 – 1990-cı illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,
1991 – 1994-cü illərdə isə Şəki Tibb Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1994-cü ildən sonra əvvəlcə bir müddət Şəkidəki tibb müəssisəsində,
2001 – 2003-cü illərdə isə qadınlar üçün təşkil olunmuş kompüter kursunda işləyib.
2003-cü ildə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən sığorta şirkətində rus dili üzrə tərcüməçi vəzifəsində işləməyə dəvət olunub.
2017-ci ildən Kiprdəki “Lefkoşa Arapahmet Art Stüdyo”da rəssam işləyir.
Yaradıcılığı[redaktə | HTML redaktə]
Kiprdə müxtəlif vaxtlarda təşkil olunmuş fotoqrafiya, keramika və rəsm sərgilərində 3 dəfə öz əsərlərini nümayiş etdirib.
Yaradıcılığından nümunələr[redaktə | HTML redaktə]
İdman fəaliyyəti[redaktə | HTML redaktə]
Kikboksinq qara kəmər sahibidir. 2015-ci ildə idman karyerasını başa vurub.
Ailəsi[redaktə | HTML redaktə]
Bioloji atası tanınmış teatr rəssamı Söhrab Arabov, bioloji anası isə Məxmər adlı bir qadın olub. Lakin Arzu 4 aylığında olarkən onlar Arzudan imtina edərək Kirovabad (indiki Gəncə) uşaq evinə təhvil veriblər.
1977-ci ildə Liyozə Məmmədnəbiyeva adlı bir Şəki şəhər sakini Arzunu övladlığa götürüb. Liyozə Məmmədnəbiyeva heç vaxt ailə qurmamışdı. O, Arzunun atasının adını Qurban, təvəllüdünü isə 1 avqust 1974-cü il yazdırıb. Liyozə Məmmədnəbiyeva 1991-ci ildə vəfat edib və Arzu 17 yaşında kimsəsiz qalıb.
2004-cü ildə Arzu Kiprdə Osman İnceerlə ailə qurub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |