Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Asim Rəsuloğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Asim Rəsuloğlu
Səmədov Asim Rəsul oğlu
Asim Rəsuloğlu
Asim Rəsuloğlu, 2019-cu il.
Doğum tarixi 3 mart 1955(1955-03-03)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Turkey.svg Türkiyə
Təhsili

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1971 – 1975)

Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutu, monumental rəssamlıq şöbəsi (1975 – 1980)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2016

Asim Rəsuloğlu (Səmədov Asim Rəsul oğlu) – tanınmış rəssam-pedaqoq, Antalya Universitetinin (Türkiyə) müəllimi, Azərbaycan Respublikasının əməkdar rəssamı.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

3 mart 1955–ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1971 – 1975–ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,

1975 – 1980-ci illərdə isə Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutunun monumental rəssamlıq şöbəsində təhsil alıb.

Yaradıcılıq fəaliyyəti[redaktə | əsas redaktə]

1978-ci ildən nüfuzlu rəsm sərgilərində iştirak etməyə başlayıb.

1984-cü ildən SSRİ Rəssamlar İttifaqına üzv olub.

1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl,

1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunmuş gənc rəssamların beynəlxalq sərgisində isə gümüş medala layiq görülüb.

1988-ci ildə Bakıda Xəzəryanı respublikaların biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi Azərbaycanın müasir incəsənət sərgisində, Budapeştdə keçirilən Azərbaycanın gənc rəssamlarının sərgisində də iştirak edib.

1991-ci ildə Parisdə Aleksandr qalereyasında, bunun ardınca Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri təşkil olunub.

Bəzi əsərləri isə Moskvada – Tretyakov Qalereyasında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində və Rusiya Rəssamlar İttifaqında; Parisdə – Alekandr Qalereyasında; Bakıda – İncəsənət Muzeyində və Azərbaycan Rəssamlar İttifaqında; Türkiyədə – İlayda İncəsənət Qalereyasında və Orkun Ozan İncəsənət Qalereyasında; Nyu-Yorkda “Martin Lüter Kinq” kitabxanasında; Vilnüsdə – Litva Mədəniyyət Nazirliyində daimi sərgilənib.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2016).

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Dünya Azərbaycanlılarının Bioqrafiya Bankı (16.02.15). "Asim Rəsuloğlunun "Mənim dünyaya baxışım" adlı sərgisi". axsam.az (azərb.). axsam.az. 30 May 2020 - 30 May 2020 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 1 iyun 2016. 4 Sep 2018 - 20 Feb 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.