Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Ayşən Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ayşən Mustafazadə
Mustafazadə Ayşən Rövşən qızı
Ayşən Mustafazadə
Ayşən Mustafazadə.
Doğum tarixi 12 iyul 1998 (1998-07-12) (25 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Dillər Universiteti, ingilis dili müəllimliyi ixtisası, bakalavriat (2015–2019)

 • Azərbaycan Dövlət Pedaqoji Universitetində, sosial pedaqogika ixtisası, magistratura (2020–2022)
facebook səhifəsi

Ayşən Mustafazadə — Bakı Amerika Mərkəzinin (BAM) mütəxəssisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

12 iyul 1998-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2004 – 2015-ci illərdə Bakıdakı “Zəngi” liseyində,

2015 – 2019-cu illərdə Azərbaycan Dillər Universitetində (ingilis dili müəllimliyi ixtisası, bakalavriat),

2020 – 2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (sosial pedaqogika ixtisası, magistratura) təhsil alıb.

2019 – 2020-ci illərdə Arizona Dövlət Universitetində (ABŞ) ingilis dilin tədrisi metodikası, təhsilin idarəçiliyi üzrə ixtisasartırma təlimlərində iştirak edib və diplomla təltif olunub.

2022-ci ilin avqust – dekabr aylarında “MakKinzi Konsaltinq” şirkətinin (ABŞ) idarəçilik və layihə menecmenti üzrə təcrübə proqramında iştirak edib və sertifikat alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya və vətəndaşlara xidmət şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ilin may ayından ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dillər Universitetinin birgə layihəsi olan Bakı Amerika Mərkəzində (BAM) mütəxəssis vəzifəsində çalışır.

Digər[redaktə | HTML redaktə]

Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı Varid Fərzəlibəyovun nəvəsidir.