Aydın Məmmədov (müəllim)

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Aydın Məmmədov
Məmmədov Aydın İlyas oğlu
Aydın Məmmədov
Aydın Məmmədov.
Anadan olub 13 noyabr 1960 (1960-11-13) (64 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (1978−1983)
facebook səhifəsi

Aydın Məmmədov — pedaqoq-riyaziyyatçı, Səki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbinin müəllimi. Bır sıra yetirmələri müxtəlif respublika və beynəlxalq olimpiadalarda uğurla çıxış etmiş və medallar qazanmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

13 noyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1978 − 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1986-cı ildən Səki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır.

Pedaqoji uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]

2008/2009 cu tədris ilində Respublikanın 5-ci − 6-cı sinif şagirdləri arasında keçirilmiş Nəsrəddin Tusi adına riyaziyyat məntiq olimpiadasında onun yetirməsi Elsevər İsmayılov bütün turları müvəffəqiyyətlə keçərək olimpiadanın qalibi olmuş və Şəki şəhər təhsil şöbəsi şagirdin təhsil aldığı məktəbin rəhbərliyi fənn müəllimi və şagirdin özü diplom qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

“Kenquru” beynəlxalq riyaziyyat olimpiadasında hazırlıq vəsaitinin layihə rəhbəri kimi 2019/2020 tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsinin qalibi olmuşdur.

Bildiriş[HTML redaktə]