Aydın Hacıyev
Aydın Hacıyev | |
---|---|
Hacıyev Aydın Nazim oğlu | |
Aydın Hacıyev, 6 iyun 2024-cü il. | |
Doğum tarixi | 5 dekabr 1953 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | tarix |
İş yeri | Arxangelsk Şimal Sahibkarlıq İnstitutu (rus.: Северный институт предпринимательства) |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1976) |
Atası | Nazim Hacıyev |
Aydın Hacıyev — tarixçi alim, tarix elmləri doktoru, Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun (rus.: Северный институт предпринимательства) prorektoru. Görkəmli dövlət xadimi Nazim Hacıyevin (1924–1962) oğlu, tanınmış politoloq Hikmət Hacızadənin (1954–2020) isə əmisi oğludur.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 dekabr 1953-cü il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin tarix fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Komsomol orqanında əmək fəaliyyətinə başlamış, daha sonra əmək fəaliyyətini dövlət orqanlarında – Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan SSR Mədəniyyət Nazirliyində davam etdirmişdir.
XX əsrin 80-cı illərinin əvvəllərindən etibarən isə on il ərzində D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunda, sonra isə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixindən dərs deyib.
1991-ci ildə Azərbaycan KP MK aparatında ideoloji şöbənin instruktoru vəzifəsinə irəli çəkilib.
1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının rəsmən buraxılmasından sonra, Bakı Ali Partiya Məktəbinin bazasında yaradılmış Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun(az) siyasi tarix kafedrasının müdiri seçilib.
1998-ci ildə Rusiya Federasiyasına köçüb, müstəqil tarixçi-politoloq ekspert və publisist kimi fəaliyyət göstərir. O cümlədən, Arxangelsk və Moskva ali təhsil müəssisələrində müqavilə ilə dərs deyir.
2013-cü ildə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun dövlət və bələdiyyə hüququ kafedrasının müdiri seçilib.
2016-cı ildə isə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun tədris və metodik işlər üzrə prorektoru təyin edilib.
Elmi və publisistik fəaliyyəti[redaktə | HTML redaktə]
1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.
1994-cü ildə Moskva Dövlət Pedaqoji Universitetində “1918—1920-ci illərdə Cənub-Qərbi Qafqazda kiçik dövlətlərin formalaşması (Zaqafqaziyanın ictimai hərakatları və siyasi partiyalarının materialları əsasında)” (rus.: «Формированию малых государственных образований в Юго-Западном Кавказе в 1918—1920 г.г. (по материалам общественных движений и политический партий Закавказья)».) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Qars Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının yaranması və süqutu probleminin ilk və yeganə tədqiqatçısıdır. İki yüzdən artıq analitik və publisistik məqalənin, 9 kitabın – bunlardan 7-si monoqrafiyadır (o cümlədən, 3-ü tarixi və analitik məqalələr toplosudur), müəllifidir; kitablarından biri “Sevgi karuseli” (rus.: «Карусель любви».) adlanır – yeganə sırf ədəbi əsəridir, tarixi esse janrında qələmə alıb, proza.ru ədəbi saytında dərc olunub.
Əsas fundamental əsərləri[redaktə | HTML redaktə]
- Qars və Araz-Türk Cümhuriyyətləri tarixindən (rus.: «Из истории Карской и Араз-Тюркской республик» — 1994 год».), 1994;
- Cənub-Qərbi Qafqaz Demokratik Respublikaları (Qars və Araz-Türk Respublikaları) (rus.: «Демократические республики Юго-Западного Кавказа (Карская и Араз-Тюркская республики)».), 2004;
- Rus qanadlarını bağlamaq haqqında (rus.: «О Русь взмахни крылами».), 2007;
- Allah tərəfindən seçilmiş qohumluq (rus.: «Богом избранное родство».), 2007;
- Hər şeyi başa düşmək, amma hər şeyi bağışlamamaq (rus.: «Все понять, но не все простить».), 2009;
- 2000-2014-cü illərdə dünyanın geosiyasi mənzərəsi (rus.: «Геополитическая панорама мира в 2000—2014 г.г.».), 2015.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |