Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Eldar Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Eldar Əfəndiyev
Əfəndiyev Eldar Faiq oğlu
KE Eldar Efendijev.jpg
Eldar Əfəndiyev
bayraqEstoniya Respublikasının milli münasibətlər və məskunlaşma naziri
2002 — 2003
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyul 1954 (1954-07-29) (67 yaş)
Doğum yeri Tallin, Estoniya SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Faiq Əfəndiyev
Anası Aino Kikerist
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, tarix fakültəsi (1972–1974)

 • A.İ.Herzen adına Leninqrad Dövlət Pedaqoji İnstitutu (1974–1976)
Mükafatları 4-cü dərəcəli “Dövlət gerbi” ordeninin (Estoniya) kavalerəri — 2006 AZ Dostlug Order ribbon-2.png "Tərəqqi" medalı — 2006

Eldar Əfəndiyev — Estoniya Respublikasının sabiq milli münasibətlər və məskunlaşma naziri, Narva şəhərinin (Estoniya) sabiq meri, Narva Pəhklimə Gimnaziyasının tarix müəllimi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

29 iyun 1954-cu il tarixdə Tallində – azərbaycanlı-eston ailəsində anadan olub. Atası Faiq Əfəndiyev Şəki şəhərindən idi.

Təhsili[redaktə | HTML redaktə]

1972 – 1974-cü illərdə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində

1974 – 1976-cı illərdə isə A.İ.Herzen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1971 — 1972-ci illərdə Narva şəhərindəki “Balties” zavodunda tokar işləyib.

1976-cı ildən Narva Dövlət Muzeyində işləyib; o cümlədən,

1979 – 1999 və 2001 – 2002-ci illərdə muzeyin direktoru olub.

1999 – 2000-ci illərdə Narva şəhərinin meri,

2002 – 2003-cü illərdə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri vəzifəsində çalışıb.

2015-ci ildən Narva Pəhklimə Gimnaziyasının tarix müəllimidir.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1997-ci ildə Estoniyada aparıcı partiyalardan biri olan Mərkəzçilərə üzv olub. Eyni zamanda, həmin illərdə İda-Virumaa vilayətinin yerli özünüidarəetmə birliyinin sədr müavini vəzifəsində işləyib.

Narva şəhər şurasının müşaviri (1996–1999), Estoniya parlamentinin X və XI çağırışlarının deputatı və Estoniya–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər : Əfəndiyev Eldar Faiq oğlu : [arx. 07.12.2021] // “Azərbaycan alimləri diasporu” informasiya sistemi. — Müraciət tarixi: 07.12.2021.
  2. Rəğbətoğlu M. Estoniyada nazir təyin edilən azərbaycanlı: Eldar Əfəndiyev kimdir? : [arx. 07.12.2021] // Teleqraf.com. — 2021. — 7 dekabr. — Müraciət tarixi: 07.12.2021.