Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Eldar Rəcəbov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Eldar Rəcəbov
Rəcəbov Eldar Kamran oğlu
Eldar Rəcəbov
Eldar Rəcəbov facebook sosial şəbəkəsi üzərindən solo konsert verərkən, 4 mart 2020-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 1966 (1966-04-12) (55 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan

Eldar Rəcəbov — tarzən-musiqiçi, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

12 aprel 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1981 – 1985-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunda,

1989 – 1994-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsində tar ixtisası üzrə (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1987-ci ildən Şəki şəhər 3 saylı uşaq musiqi məktəbində tar müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

2015–ci ildə Turan qəsəbə musiqi məktəbinə direktor təyin edilib.

16 aprel 2016-ci il tarixdən Şəki Uşaq İncəsənət məktəbinin direktorudur.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Şəki şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları – Şəki Uşaq İncəsənət Məktəbinin yaranmasının 80 illik yubileyi münasibəti ilə (2018).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub : [arx. 15 Dec 2018 - 17 Dec 2018] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. — Müraciət tarixi: 04.10.2021.
  2. Məktəblər : Şəki şəhər Uşaq İncəsənət Məktəbi : [arx. 9 Jul 2020 - 30 Nov 2020] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Uşaq Musiqi və İncəsənət Məktəblərinin Tədris Portalı. — Müraciət tarixi: 03.10.2021.