Elmar Məmmədzadə
Elmar Məmmədzadə | |
---|---|
Məmmədzadə Elmar Adışirin oğlu | |
![]() | |
Elmar Məmmədzadə sərgidə Azərtaca müsahibə verərkən. | |
Doğum tarixi | 10 mart 1992 |
Doğum yeri |
Şəki, ![]() |
Vətəndaşlığı |
![]() |
Təhsili | Azərbaycan Pedaqoji Universiteti |
Elmar Məmmədzadə (Məmmədzadə Elmar Adışirin oğlu; d. 10 mart 1992-cı il, Şəki, Azərbaycan Respublikası) – azərbaycanlı rəssam, ipək üzərində işlədiyi kölgə effektli portretləri ilə tanınır. Əsərləri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində sərgilənmiş və şəxsi kolleksiyalara daxil edilmişdir. “Nəğməli dünyam” adlı əsərinin şəkli isə Dünya Gənc Türk Yazar Birliyinin (DGTYB) “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı layihəsi çərçivəsində hazırlanan toplunun üz qabığında dərc olunub. Tanınmış rəssam Tünzalə Məmmədzadənin qardaşıdır.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
1992-ci ildə Şəkidə anadan olub.
1995-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Bakı şəhəri Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano təhsili alıb.
2009 – 2013-cü illərdə Azərbaycan Pedaqoji Universitetində oxuyub.
2015 – 2016-cı illərdə hərbi xidmət borcunu yerinə yetirib.
2016-cı ildə İstanbulda Biladım kurslarında 3d kursu keçib.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Həvəskar bəstəkardır. “Həyat” və “Ümid” adlı musiqi kompozisiyaların müəllifidir.
İpək üzərində kölgə effektli portretlər işləyib. Kölgəli əsərləri haqqında xarici ölkələrin medyasında xəbərlər gedib, haqqında sənədli film çəkilmişdir.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |