Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Elvin Qarayev (dövlət qulluqçusu)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elvin Qarayev
Qarayev Elvin Cavid oğlu
Elvin Qarayev
Elvin Qarayev.
Doğum tarixi 12 mart 1990 (1990-03-12) (34 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, filologiya fakültəsi, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası (–2011)
facebook səhifəsi

Elvin Qarayev — Şəki – Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri, 2-ci dərəcə dövlət qulluqçusu.

Haqqında məlumatlar

12 mart 1990-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

1996 – 2007-ci illərdə Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb.

2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının filologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

2012 – 2014-cü illərdə Qax rayonu Qaradolaq kənd ümumi orta məktəbində azərbaycan dili və ədəbiyyatı müəllimi,

2014 – 2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbəsində məsləhətçi və aparıcı məsləhətçi,

2018 – 2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki rayon məşğulluq mərkəzində məsləhətçi,

2019 – 2023-cü illərdə Şəki Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışıb.

1 dekabr 2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiridir.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Qarayev Elvin Cavid oğlu : [arx. 12.03.2024] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 12.03.2024.