Eyvaz Nurməmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Eyvaz Nurməmmədov
Nurməmmədov Eyvaz Əşrəf oğlu
Eyvaz Nurməmmədov
Eyvaz Nurməmmədov.
Doğum tarixi 18 yanvar 1956 (1956-01-18) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (1973–)

 • Azərbaycan Respublikası DİN Polis Akademiyası, hüquqşünaslıq fakültəsi (–2000)
Hərbi fəaliyyəti
Rütbə polkovnik
Təltifləri "Vətən uğrunda" medalı — 2009

Eyvaz Nurməmmədov — ehtiyatda olan polis polkovniki, Azərbaycan Respublikası DİN Polis Akademiyasının hərbi kafedrasının sabiq müəllimi, Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Veteranlar Şurasının sədr müavini. Azərbaycan Respublikası DİN-nin 19 yanvar 2016-cı il tarixli 155 ş/h №-li əmri ilə geyim forması daşımaq hüququna malikdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 yanvar 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1963 – 1973-cü illərdə Nuxa/Şəki şəhər 3 №-li orta orta məktəbində təhsil alıb.

1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

2000-ci ildə Azərbaycan Respublikası DİN Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib.

Əmək və hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Təyinatla Belorusiya SSR-in Bretsk vilayətinin Lunines şəhərinə işləməyə göndərilib.

1980 – 1983-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

1983-cü ildən Azərbaycan SSR DİN islah əmək müəssisələrində xidmətini davam etdirib.

1992-ci ildən Azərbaycan Respublikası DİN-in mərkəzi aparatında əvvəl inspektor vəzifəsindən idarə rəisi vəzifəsinədək yüksəlib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 2 qızı, 4 nəvəsi var.

Qızlarından biri İsraildə yaşayır, stomatoloji poliklinikada rəhbər vəzifədə çalışır, digəri isə Azərbaycan DİN-nin əməkdaşıdır, polis mayorudur.