Eyvaz Qurbanov
Eyvaz Qurbanov — Azərbaycan Milli Məclisinin deputatı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
14 fevral 1963-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Bucaq kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1980-ci ildə Vartaşen şəhər 2 №-li orta məktəbini bitirib.
1984 – 1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi və idman fakültəsində,
2001 – 2004-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1988-ci ildən Vartaşen/Oğuz rayonunda orta məktəbdə müəllim,
1994 – 1999-cu illərdə T.Bəhramov adına Respublika Stadionunun direktoru,
2000-ci ildən “Olimpiya” idman kompleksinin direktoru vəzifəsində çalışıb.
2005-ci ildə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
2011– 2024-cü illərdə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə çalışıb.
2024-cü ildə yenidən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, 2 övladı var
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Qurbanov Eyvaz Daşdəmir oğlu : [arx. 18 Jul 2022 - 6 Jun 2024] // Azərbaycan Respublikasının Milli Məclisi. — Müraciət tarixi: 02.09.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |