Kamal Kərimov
Kamal Kərimov | |
---|---|
Kərimov Kamal Teymur oğlu | |
![]() | |
Kamal Kərimov. |
Kamal Kərimov (1936–2022) — texnika elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
29 iyul 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Elmi İstehsalat Birliyinin direktorudur.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
“Çoxfunksiyalı ИХП-388 aşqarının alınma texnologiyasının işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
32-xaricdə, 8-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla, çapdan çıxmış 55 elmi əsərin müəllifidir.
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 22-dir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı (2015).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası Kərimov Teymur Məmməd oğlu 1901-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca həkim idi. 11 mart 1940-cı ildə orduya çağırılıb. Böyük Vətən müharibəsində 3 dərəcəli hərbi həkim rütbəsi ilə iştirak edib, lakin 1942-ci ildə itkin düşüb.
Anası Kərimova Məhbubə – Nuxada anadan olmuşdur, 1942-ci ildə Kirovabad (indiki Gəncə) şəhəri, Sabir küçəsi, ev 28 ünvanında yaşayırdı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
2022-ci ilin yay aylarında – 86 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Донесения о потерях : Киримов Теймур Мамед-оглы : [arx. 03.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.10.2021.
- Aşqarlar Kimyası İnstitutunun fəlsəfə doktorları : Kərimov Kamal Teymur oğlu : [arx. 03.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 03.10.2021.
Bildiriş[HTML redaktə]
...