Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Kifayət Şamilova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Kifayət Şamilova
Şamilova Kifayət Məmmədiyə qızı.
Kifayət Şamilova
Kifayət Şamilova.
Doğum tarixi 1 yanvar 1956 (1956-01-01) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Teymurxan Şamilov
Uşaqları Vəfa Bağırova, Münəvvər Zeynalova, Nərmin Şirinova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1974–1979)
Adının digər versiyaları Kifayet Şamilova, Кифаят Шамилова, Кифает Шамилова, Кифајәт Шамилова
facebook səhifəsi

Kifayət Şamilova — tanınmış pedaqoq, ali kateqoriyalı müəllim. Müxtəlif vaxtlarda bir neçə təhsil müəssisəsində, o cümlədən, Bakı Dövlət Universitetinin Şəki filialında və Bakı Dövlət Universiteti nəzdində Gənc istedadlar liseyində dərs demişdir. 2023-cü ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

1 yanvar 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1972-ci ildə Şəki şəhər 19 №-li orta məktəbini bitirib.

1974 – 1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1972 – 1974-cü illərdə, əvvəl Bakı Corab Trikotaj fabrikində, sonra isə Bakı Elektrik lampaları zavodunda fəhlə,

1979-cu ildən, əvvəl Şəki şəhər 14 №-li orta məktəbində tarix müəllimi, sonra isə həm də həmin məktəbin tərbiyə işləri üzrə direktor müavini,

1992-ci ildən Şəki fizika-riyaziyyat təmayüllü liseyində tarix müəllimi,

1996-cı ildən isə həm də həmin liseydə profil fənlər üzrə direktor müavini və Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,

2005-ci ildən Bakı Dövlət Universiteti nəzdində Gənc istedadlar liseyində müəllim,

2007 – 2023-cü illərdə həmin liseyinin tarix-coğrafiya metodik kabinəsinin rəhbəri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

Pedaqogika sahəsində onlarla elmi-metodik məqalənin müəllifidir.

İctimai-siyasi fəaliyyəti

1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür.

1998 və 2003-cü illərdə Azərbaycan müəllimlərinin qurultayına,

2003-cü ildə Azərbaycan qadınlarının qurultayına Şəkidən nümayəndə seçilib.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı – gənc nəslin təlim-tərbiyəsi işində əldə etdiyi nailiyyətlərə görə (31.08.1998).