Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Leyla Əliyeva (Qordiyevskaya)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Leyla Əliyeva
Əliyeva Leyla Ağahüseyn qızı
Leyla Əliyeva
Leyla Qordiyevskaya və əri Oleq Qordiyevski.
Anadan olub 21 noyabr 1949 (1949-11-21) (75 yaş)
Anadan olduğu yer Moskva, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Oleq Qordiyevski
Uşaqları Mariya və Anna
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universiteti

Leyla Əliyeva (Qordiyevskaya) — Böyük Britaniyanın SSRİ-dəki ən görkəmli agentinin keçmiş həyat yoldaşı. Əslən azərbaycanlıdır və Şəkidəndir. 1992-ci ildə ərindən boşansa da keçmiş əri kimi Londonda yaşamaqda davam edir. Lakin vaxtaşırı olaraq qızları ilə Moskvaya, Bakıya və Şəkiyə də gəlib-gedir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

21 noyabr 1949-cu il tarixdə Moskvada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Orta məktəbi bitirdikdən sonra əvvəl makinaçı ixtisası üzrə peşə məktəbində sonra isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Hələ M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alan vaxtlardan “Moskovskiy Komsomoles” qəzetinin müxbiri,

1976 – 1978-ci illərdə isə Dünya Səhiyyə Təşkilatının Kopenhagendə yerləşən Avropa ofisində makinaçı vəzifəsində çalışmışdır.

Ailəsi[redaktə | HTML redaktə]

Atası Ağahüseyn, əmiləri Arif və Əli Əliyevlər 1930-cu illərdə Şəkidən Moskvaya köçənlərdən idilər və hamısı SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sistemində işləyiblər. Anası isə atasının rus millətindən olan iş yoldaşı olub. Ağahüseyn Əliyevin bu qadından üç övladı doğulub: iki oğlan və bir də Leyla.

1976 – 1978-ci illərdə Leyla Əliyeva Danimarkada işləyərkən SSRİ DTK-nın o vaxtkı Danimarka rezidenti Oleq Qordiyevski ilə tanış olub və sonda ona ərə gedib;

1980-ci ildə Mariya,

1981-ci ildə isə Anna adlı qızları anadan olub.

1985-ci ildə ərinin SSRİ-dən Böyük Britaniyaya qaçmasından 6 il sonra – 1991-ci ildə, sovet hökuməti ona qızları ilə Londona getməyə icazə verib.

1992-ci ildə ərindən rəsmən boşanıb. Boşanma şərtlərinə görə, Oleq Qordiyevski ümumi əmlakının yarısını və Britaniya kəşfiyyatına uzun illər işlədiyi üçün aldığı 2,5 min dollarlıq təqaüdünün dörddə üç hissəsini ona verməli olub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. İsmayılov V. Azərbaycanlı “KQB” generalının satqın kürəkəni - DOSYE : [arx. 5 Feb 2017 - 13 Sep 2019] // Modern.az. — 2014. — 29 sentyabr. — Müraciət tarixi: 12.10.2023.