Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mübariz Əliheydərov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mübariz Əliheydərov
Əliheydərov Mübariz Nurəhməd oğlu
Mübariz Əliheydərov
Mübariz Əliheydərov.
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1955 (1955-05-28) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti tar
Təhsili Şəki Orta İxtisas Musiqi Məktəbi (1971–1975)
facebook səhifəsi

Mübariz Əliheydərov — tanınmış tarzən-pedaqoq. Vaxtilə Şəkidə fəaliyyət göstərmiş “Səbuhi” xalq çalğı alətləri ansamblına rəhbərlik etmişdir.

Haqqında məlumatlar

28 may 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1962 – 1970-ci illərdə Nuxa/Şəki 6 №-li səkkizillik məktəbində,

1966 – 1970-ci illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,

1971 – 1975-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.

Hərbi xidmətdə

1975 – 1977-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1975 və 1977 – 1979-cu illərdə Balakən uşaq musiqi məktəbində tar müəllimi,

1979 – 1992-ci illərdə Şəki şəhər mədəniyyət evində bədii rəhbər, eyni zamanda “Səbuhi” xalq çalğı alətləri ansamblının rəhbəri,

2006 – 2021-ci illərdə Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti yerləşmiş Füzuli rayon Şəkərcik kənd Uşaq Musiqi Məktəbində tar müəllimi vəzifəsində çalışıb.

2021-ci ildən əmək təqaüdündədir.

Fotolar