Məcid Əliyev
Məcid Əliyev | |
---|---|
Əliyev Məcid Abduləli oğlu | |
Məcid Əliyev, 2019-cu il. |
Məcid Əliyev — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru.
Haqqında məlumatlar
21 fevral 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Göynük kəndində anadan olub.
Təhsili
1990-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1990 – 1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasında həkim-terapevt,
1993 – 1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi,
1997 – 2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri,
2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimininin müavini,
2010 – 2017-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi,
2019 – 2022-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
1 avqust 2022-ci il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktorudur.
Ədəbiyyat
- Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi : [arx. 04.08.2022] // Təbib (facebook səhifəsi). — Müraciət tarixi: 04.08.2022.
.