Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Məhəmmədnuru Berköz

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məhəmmədnuru Berköz
Berköz (Sarıkərimli) Məhəmmədnuru Hacı İlyas oğlu
türk.: Mehmet Nuri Berköz
Məhəmmədnuru Berköz
Məhəmmədnuru Berköz.
Doğum tarixi 1889(1889-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 16 yanvar 1975 (86 yaşında)
Vəfat yeri Flag of Turkey.svg Türkiyə
Vətəndaşlıq Flag of Russia.svg Rusiya İmperiyasıOttoman flag.svg Osmanlı dövləti→Flag of Turkey.svg Türkiyə
Mənsubiyyəti Türkiyə Silahlı Qüvvələri
Uşağı Sina Berköz
Atası Hacı İlyas Sarıkərimli
Həyat yoldaşı Ulviye Berköz
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları, Flag of Turkey.svg Türkiyə
Xidmət illəri 1912–1950
Rütbə general-polkovnik
İstefada 1950

Məhəmmədnuru Berköz (1889–1975) — Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.

Təhsili[redaktə | HTML redaktə]

1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.

1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.

1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.

1919 – 1925-ci illərdə fasilə ilə Osmanlı ordusunun Baş Qərargah Akademiyasında təhsil alıb.

Hərbçi və əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1915-ci ildə xüsusi tapşırıqla Türkiyədən Şimali İrana,

1916-cı ildə Danimarka və İsveçə göndərilib.

1917-ci ildə Osmanlı hərbi heyəti tərkibində isə Rusiyaya ezam olunub və orada Birinci Dünya müharibəsində əsir düşmüş türk zabit və əsgərlərinin yerini müəyyən etmək və onları rus hərbiçiləri ilə dəyişərək Türkiyəyə göndərmək işi ilə məşğul olub.

1927-ci ildən Ankara Milli Təhlükəsizlik Kəşfiyyat şöbəsinin müdiri,

1930-cu ildən Ankara Baş Qərargah Kəşfiyyat şöbəsinin müdiri,

1936 – 1937-ci illərdə Türkiyənin Moskvadakı hərbi attaşesi vəzifəsində çalışıb.

İkinci Dünya müharibəsi illərində Türkiyənin SSRİ ilə sərhəd zonasında yerləşən diviziyalar qrupunun komandanı,

1947-ci ildən Türkiyə Hərbi Qüvvələri Baş qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini,

1949-cu ildən Türkiyə jandarmeriyasının baş komandanı olub.

1950-ci ilin iyulunda Türkiyədə keçirilən hərbi islahatlar nəticəsində istefaya göndərilib.

Hərbi rütbələri[redaktə | HTML redaktə]

1925-ci ildə mayor,

1930 ildə polkovnik,

1939-cu ildə general-mayor,

1941 ildə isə general-leytenant,

1946-cı ildə general-polkovnik rütbəsi alıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Digər[redaktə | HTML redaktə]

Rus, fransız və isveç dillərini bilirdi.

1933 ildə Türkiyəyə səfər etmiş sovet nümayəndə heyəti ilə keçirilən danışıqlarda Atatürkün tərcüməçisi olub.

Hərb taktikası və tarixinə dair bir sıra kitabı türkcəyə tərcümə edib. Hərbi, siyasi və strateji məsələlərə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.

Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Mahmud Berközün qardaşıdır.

Osmanlı ordusunun general-mayoru Həsən Behçet paşanın (Nuxada doğulub, Məhəmmədəmin Darğazadənin kiçik qardaşıdır) qızı ilə ailə qurub.

Türk memarı, professor və elm adamı Sina Berközün atasıdır.

Vəfatı[redaktə | HTML redaktə]

16 yanvar 1975-ci il tarixdə – 86 yaşında, İstanbulda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Гулиев В. Азербайджанские генералы турецкой армии (rus.) // Зеркало : газета. — Баку, 2009. — № 34. — Səh. 33-34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 oktyabr 2021.
  2. Tahirzade A. Şekililer Osmanlı Sarayında ve Türkiye Ordusunda : [arx. 31.10.2021] : [tur.] // Türk Yurdu Dergisi. — 2011. — 1 Temmuz. — Müraciət tarixi: 31.10.2021.
  3. Bərköz Məhəmməd Nuri Hacı İsmayıl oğlu Sarıkərimli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 596-597. — ISBN 978-9952-441-11-6.