Şahanduxt — Albaniya məleykəsi və Sünikçariçası. Atası Seveda – Albaniya çarı[1], anası Sofya – Albaniya məleykəsi[2] olub. Sünik hakimi I Qriqora ərə getmişdir. lakin övladları olmadığına görə I Qriqorun ölümündən sonra (1072) Süniyi böyük qardaşı Sənəkərim ilə birlikdə idarə etmiş, daha sonra isə hakimiyyət Sənəkərimin oğlu I Qriqora keçmişdir.
1086-cı ildə Vahanvəng monastırı ərazisində bacısı Kata ilə birlikdə müqəddəs Məryəm adına ikimərtəbəli kilsə tikdirmişdir[3]. Kilsənin üzərindəki bu yazı zamanəmizədək gəlib çatıb:
535-сi (1086-cı) ildə mən, Şahanduxt, Sevada ağvan çarının qızı və Qriqorun – Aşotikin oğunun arvadı, bizim varisimiz olmadığına görə, mən və bacım Kata müqəddəs Məryəmin mərhəmətini qaznmaq üçün bu Müqəddəs Məryəm kilsəsini tikdirdik...[4]
Vahanvəng monastırının müasir görünüşü
Monastırın ərazisində Sahanduxtun anasının qəbri də aşkarlanmışdır. Başdaşı üzərində yazılıb:
Sofya —ağvan çariçası, çar Qriqorun—Aşotikin oğlunun, qaynanası. 530-cu (1081-ci) ilin yayı[5]