Mehman Məmmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mehman Məmmədov
Məmmədov Mehman Niyazi oğlu
rus.: Мамедов Мехман Ниязиевич
Mehman Məmmədov
Mehman Məmmədov.
Doğum tarixi 10 yanvar 1970 (1970-01-10) (54 yaş)
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Rusiya
Elm sahəsi tibb
İş yeri Rusiya Federasiyası Dövlət Tibbi Profilaktika Elmi-Tədqiqat Mərkəzi, elmi laboratoriya (rəhbər)
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
Təhsili

 • İ.M.Seçenov adına Moskva Tibb Akademiyası (–1993)

 • Rusiya Federasiyası Prezidenti yanında Tibb Mərkəzinin Mərkəzi klinik xəstəxanası, kardiologiya ixtisası üzrə klinik ordinatura (1993–)
Adının digər versiyaları Mammadov Mehman, Memmedov Mehman, Мәммәдов Меһман, Мамедов Мехман

Mehman Məmmədov — tanınmış həkim-kardioloq, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası Dövlət Tibbi Profilaktika Elmi-Tədqiqat Mərkəzinin elmi laboratoriya rəhbəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

10 yanvar 1970-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1993-cü ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasını, sonra isə Rusiya Federasiyası Prezidenti yanında Tibb Mərkəzinin Mərkəzi kliniki xəstəxanasında kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1997-ci ildə Rusiya Federasiyası Dövlət Tibbi Profilaktika Elmi-Tədqiqat Mərkəzində “Arterial hipertoniyalı insanlarda metabolic sindromun komponentləri” mövzusunda namizədlik dissertasiyasını,

2001-ci ildə isə “Metabolik sindromun klinik-biokimyəvi xüsusiyyətləri və onun dərmanla korreksiyası yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

313 elmi işin müəllifidir; o cümlədən, bunlardan 12-si rusca, 4-ü ingiliscə monoqrafiya, 3-ü isə patentdir.

Rəhbərliyi altında 9 namizədlik, 1 doktorluq dissertasiyası müdafiə olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1995-ci ildən Rusiya Federasiyası Dövlət Tibbi Profilaktika Elmi-Tədqiqat Mərkəzində işləməyə başlayıb; o cümlədən, əvvəl elmi işçi, daha sonralar isə elmi laboratoriya rəhbəri olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • İnquşetiya Respublikası (Rusiya Federasiyası) rəhbərliyinin, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin, Özbəkistan, Tacikistan, Belorus, Çeçen Respublikası (Rusiya Federasiyası), həmçinin, Türkiyə kardioloqlar cəmiyyətinin, Qazaxıstan terapevtlər Assosasiyasının və Milli Sağlamlıq Liqasının (Rusiya Federasiyası) fəxri fərmanları və təşəkkür məktubları.
  • Rusiya Terapevtləri Elmi-Tibbi Cəmiyyətinin V.D.Şervinski adına medalı (2019).
  • 7 yanvar 2020-ci il tarixdə Tacikistan Tibb Elmləri Akademiyasının xarici üzvü seçilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Профессору Мамедову Мехману Ниязиевичу 50 лет! Поздравляем! : [arx. 9 Feb 2020 - 4 Aug 2020] : [rus.] // Фонд содействия развитию кардиологии «Кардиопрогресс». — Müraciət tarixi: 28.08.2023.