Minayə Həmidova
Minayə Həmidova | |
---|---|
Həmidova Minayə Məcid qızı | |
![]() | |
Minayə Həmidova. | |
Doğum tarixi | 5 noyabr 1918 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() |
Vəfat tarixi | 1 fevral 1997 (78 yaşında) |
Vəfat yeri |
Şəki, ![]() |
Təhsili | Nuxa pedaqoji məktəbi (1936) |
Adının digər versiyaları | Minaye Hemidova, Minaya Hamidova, Миная Гамидова, Минајә Һәмидова |
Minayə Həmidova (1918–1997) — sovet dövründə Şəkidə tanınmış yerli sovet işçisi. 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və həm də icraiyyə komitəsinin katibi seçilmişdir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1936-cı ildə Nuxa pedoqoji məktəbini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1936-cı ildə Nuxa rayon maarif şöbəsində katibə olaraq əmək fəaliyyətinə başlayıb.
5 yanvar 1940-cı il tarixdə birinci çağırış Nuxa şəhər zəhmətkeş deputatları sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin katibi seçilib və 1973-ci ildəki seçki də daxil olmaqla dalbadal 14 çağırış (bəzən rayon soveti, bəzən isə şəhər sovetinin) müddətində bu vəzifədə çalışıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Bir orden və üç medal.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1960).
Vəfatı[redaktə | HTML redaktə]
1 fevrel 1997-ci iltarixdə – 78 yaşında, Şəkidə vəfat edib. Şəkidə köhnə bazarın yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.
Ailəsi[redaktə | HTML redaktə]
Ailədə üç qardaş və iki bacı olublar. Ərə getməyib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Səfərova R. Mənalı ömrün səhifələri // Şəki fəhləsi : qəzet. — Şəki, 1973. — В. 28 iyul. — № 88 (7.976).
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |