Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məmmədhənifə Musayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədhənifə Musayev
Musayev Məmmədhənifə Ramazan oğlu
Məmmədhənifə Musayev
Məmmədhənifə Musayev, 1998-ci il.
Doğum tarixi 2 sentyabr 1941(1941-09-02)
Doğum yeri Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 noyabr 2004 (63 yaşında)
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi elmlər namizədi
Elmi adı professor
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1958–1962)

 • Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutu, aspirantura (1969–1972)
Evladları Elşən Musayev, Mətanət Musayeva, Təranə Musayeva
Atası Ramazan Musayev
Anası Səfurə Musayeva

Məmmədhənifə Musayev (1941–2004) — pedaqoq-alim, professor; müxtəlif illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru, Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musayevin atasıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

2 sentyabr 1941-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1958-ci ildə Oxud kənd məktəbini bitirib.

1958 – 1962-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,

1969 – 1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1962 – 1963-cü illərdə Vartaşen rayonunda ibtidai sinif müəllimləri hazırlayan birillik kursun rəhbər-müəllimi olub.

1964 – 1969-cu illərdə Vartaşen rayon təhsil şöbəsində inspektor işləyib.

1972-ci ildən Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun pedaqogika-psixologiya kafedrasında baş müəllim,

1978 – 1984-cü illərdə direktor və pedaqogika-psixologiya kafedrasının müdiri olub.

1984 – 1999-cu illərdə təhsil nazirliyində işləmişdir.

1999 – 2001-ci illərdə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru,

2001 – 2004-cü illərdə isə Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1974-cü ildə elmlər namizədi elmi dərəcəsi,

1997-ci ildə professor elmi adını alıb.

“Azərbaycan dili” dərsliyinin, bir çox dərsliklərin, dərs vəsaitlərinin, 500-dək elmi, metodik, bədii, publisistik məqalənin müəllifidir.

İctimai fəallığı[redaktə | HTML redaktə]

1980 – 1985-ci illərdə SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olub.

“Şəki” Xeyriyyə Cəmiyyətinin təsisçisidir.

1995 – 2004-cü illərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri olub.

Azərbaycanın radio və televiziya kanallarında təhsil proqramları üzrə verilişlərin aparıcısı olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • Azərbaycan SSR Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı.
  • “SSRİ Maarif əlaçısı” döş nişanı.

Vəfatı[redaktə | HTML redaktə]

17 noyabr 2004-cü il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

  • Atası: Ramazan Musayev Şəki rayonunun Oxud kənd sakini.
  • Anası: Səfurə Musayeva Şəki rayonunun Oxud kənd sakini.
  • Oğlu: Elşən Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.
  • Qızı: Mətanət Musayeva, həkim.
  • Qızı: Təranə Musayeva, Azərbaycan Tibb Universitetinin müəllimi.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Musayev Məmmədhənifə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 419-421. — 1.000 nüsx.
  2. Mete Ə. Məmmədhənifə müəllim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 124-125. — 500 nüsx.