Məmmədiyyə Yusifzadə
Məmmədiyyə Yusifzadə | |
---|---|
Yusifzadə Məmmədiyyə Əhməd oğlu | |
Məmmədiyyə Yusifzadə. | |
Doğum tarixi | 17 noyabr 1902 |
Vəfatı | 1987 | (85 yaşında)
Uşağı | Ziya Yusifzadə |
Təhsili |
• Bakı Pedaqoji Məktəbi (–1922) • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1935) |
Mükafatları |
Məmmədiyyə Yusifzadə (1902–1987) — pedaqoq və yazıçı, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
17 noyabr 1902-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Mollaxanada ibtidai təhsil alıb.
1922-ci ildə Bakı Pedaqoji Məktəbini,
1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1920-ci illərədək Nuxada ipək fabrikində baramaaçan fəhlə işləyib, papaqçı yanında şagird durub.
1922 – 1927-ci illərdə Şəki və Zaqatala qəzasının kəndlərində müəllim,
1935-ci ildən sonra isə direktor və digər vəzifələrdə çalışıb.
1949 – 1953-cü illərdə Bakı 156 №-li orta məktəbində dərs hissə müdiri,
1957 – 1963-cü illərdə Bakı şəhər maarif idarəsində metodist-müəllim olub.
Bədii yaradıcılığı[redaktə | HTML redaktə]
Bədii yaradıcılığa təqaüdə çıxdıqdan sonra başlayıb.
Pyesləri[redaktə | HTML redaktə]
(Bakı, Kirovabad (indiki Gəncə), Şəki, Zaqatala teatrlarında tamaşaya qoyilmuşdur)
- Oğul görüşü” (1977);
- Artıq tamah (1978);
- Azad çoban” (1980);
- Qonşu qonşuya baxar, canını oda yaxar.
Kitabları[redaktə | HTML redaktə]
- İgid ölər, adı qalar (1975);
- Məktəb səhnəsi (1972);
- Həyəcanlarınızın baharı (1978);
- Ömürdən səhifələr (1982).
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı (11 yanvar 1982-ci il).
Vəfatı[redaktə | HTML redaktə]
1985-ci ildə – 85 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Məmmədiyyə Yusifzadə // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 185-187. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Mete Ə. Müəllim-yazıçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 165-166. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 1902-ci ildə doğulanlar
- 17 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1987-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə