Nəbiyyə Əbdürrəhmanova
Nəbiyyə Əbdürrəhmanova | |
---|---|
Əbdürrəhmanova Nəbiyyə Adışirin qızı | |
Nəbiyyə Əbdürrəhmanova. | |
Anadan olub | 13 avqust 1924 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR |
Vəfat edib | 1993 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki |
Həyat yoldaşı | Rəcəb Ağayev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Nuxa Dövlət Müəllimlər İnstitutu, tarix şöbəsi (1948–1950) • Azərbaycan Müəllimləri Təkmilləşdirə İnstitutu, tarix fakültəsi, qiyabi (1958–1964) |
Adının digər versiyaları | Nəbiyyə Abdurahmanova, Nebiyye Abdurahmanova, Nabiyya Abdurahmanova, Нәбијјә Әбдүррәһманова |
Nəbiyyə Əbdürrəhmanova (1929–1993) — sovet dövründə Şəkidə tanınmış partiya işçisi olmuş qadın. 4, 5, 6 və 8-ci çağırış şəhər sovetinin deputatı seçilmişdir.
Haqqında məlumatlar
13 avqust 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxa şəhər 5 №-li məktəbini və Nuxa Pedaqoji Texnikumunu bitirib.
1948 – 1950-ci illərdə ikiillik Nuxa Dövlət Müəllimlər İnstitutunun tarix şöbəsində,
1958 – 1964-cü illərdə Azərbaycan Müəllimləri Təkmilləşdirə İnstitutunun tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
Nuxa Pedaqoji Texnikumunu bitirdikdən sonra bir müddət komsomol təşkilatında müxtəlif vəzifələrdə çalışıb.
1950-ci ildən isə Azərbaycan KP Nuxa rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub.
1983-cü ildə təqaüdə çıxıb.
İctimai-siyasi aktivliyi
1951, 1953, 1955 və 1959-cu illərdə Nuxa şəhər Sovetinin deputatı seçilib.
Vəfatı
1993-cü ildə Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |