Nadir Ələkbərov
Nadir Ələkbərov | |
---|---|
Ələkbərov Nadir Əlihüseyn oğlu | |
Nadir Ələkbərov. |
Nadir Ələkbərov (1940–2018) — kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri.
Haqqında məlumatlar
5 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Elmi fəaliyyəti
“5,5-dialkoksitetraxlortsiklopentadienlərin sis- və trans-4-tsikloheksen-1,2-dikarbon turşuları ilə kondesləşməsi reaksiyasının stereokimyası və alınmış adduktların bəzi çevrilmələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
13-ü xaricdə olmaqla çapdan çıxmış 82 elmi əsərin müəllifidir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 20-dir.
Bir elmlər namizədinin elmi rəhbəri olub.
Əmək fəaliyyəti
Sumqayıtda AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Vəfatı
5 fevral 2018-ci il tarixdə – 77 yaşında, vəfat edib.
Ədəbiyyat
- Polimer Materialları İnstitutunun fəlsəfə doktorları : Ələkbərov Nadir Əlihüseyn oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
.