Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nargilə Qafarova

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Nargilə Qafarova
Qafarova Nargilə Məmmədiyar qızı
Nargilə Qafarova
Nargilə Qafarova

Nargilə Qafarova — Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri iş sektorunun baş məsləhətçisi (Qəbələ rayonu üzrə nümayəndə) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən şəxs.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

6 avqust 1963-cü il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Aydınqışlaq kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970 – 1980-ci illərdə Qutqaşen rayon Aydınqışlaq kənd orta məktəbində,

1980 – 1982-ci illərdə Bakı Mədəni-Maarif məktəbində,

1983 – 1987-ci illərdə isə A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1982 – 1983-cü illərdə Qutqaşen rayon Zarağan kənd klubunda bədii rəhbər,

1987 – 1989-cu illərdə Qutqaşen rayon Mədəniyyət evində bədii rəhbər,

1989-1992-ci illərdə Qəbələ/Qutqaşen rayon Gənclər İttifaqında katib,

1992 – 2000-ci illərdə Qəbələ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə,

2000 – 2003-cü illərdə Qəbələ rayon Böyük Pirəlli kənd inzibati ərazi üzrə nümayəndəliyində müavin,

2003 – 2004-cü illərdə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor,

2004 – 2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri,

2017-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsində Qəbələ rayonu üzrə Baş məsləhətçi vəzifəsində çalışıb.

3 iyul 2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri iş sektorunun baş məsləhətçisi (Qəbələ rayonu üzrə nümayəndə) və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra edən şəxsdir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Nargilə Rəhman imzası ilə şeir və hekayələr yazır.

2022-ci ildə “Aliyə” adlı avtobioqrafik romanı çap olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Şəki Regional Mədəniyyət İdarəsinin yeni rəis əvəzi kimdir? : [arx. 08.09.2024] // Bizim.media. — 2023. — 6 iyul. — Müraciət tarixi: 08.09.2024.
  2. Struktur və əməkdaşlar : Qafarova Nargilə Məmmədiyar qızı : [arx. 08.09.2024] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 13.03.2022.

Bildiriş[HTML redaktə]

...

...